Bu yazını yazma səbəbim, son günlərdəki hissi vəziyyətləri dəyişən bir çox
yoldaşlarıma görə məlumat
çatdırmaqdır. Əminəm ki,
bu vəziyyət dözülməz olur və hesab edirəm ki, öhdəsindən gəlmək üçün mütləq fərqlilik
və vəziyyəti qəbul etmək daha əhəmiyyətlidir. Əlbəttə ki, oxuyanlar deyə bilər,
məndə də bunlar zaman-zaman olur, mən də bipolyarammı? Özünüzə pay götürməyin.
Ancaq hissi vəziyyətiniz aşağıdakı yazdıqlarıma yaxındırsa, mütləq dəstək
almalısınız.
Başqalarının
şərhlərinə əsasən özünü formalaşdırsan və sərhədləsən "sən"i tapa bilmərsən.
-Romantik
əlaqələrim çox mübahisəlidir, -Münasibəti davam etdirməyi bacara bilmirəm, -Telefonlarıma
cavab verilmir, -Məni sevmir, mənimlə bərabər olmaq istəmir, -Əvvəllər məni
axtarardı, -Mən hər kəsə yaxşılıq edirəm, amma heç kim mənə yaxşılıq etmir, -Mən
hamıya hədiyyələr alıram amma heç kim mənə almır, -Hər kəsin probleminə can
yandırıram, amma mənə fikir verən yoxdur. Əslinə qalsa minlərlə nümunə sayaram
sənə. Bəs səbəbini heç cür anlaya bilmədiyin davranışları nümayiş etdirərkən
beynində nələr olur bilmək istəyirsənmi? Doğulduğumuzdan etibarən bağlanma
psixologiyasını öyrənirik, bu etibarlı və ya etibarsız olaraq da təsvir oluna
bilir. Təbiətin özünəməxsus modeli etibarlı bağlanmadır. Xüsusilə bağlanma,
uşaqla qayğı verən insanın yaxınlıq axtarışı və müntəzəmliyi çox vacibdir. Əgər
yaxınlıqda ziddiyyət olarsa, etibarlı bağlanma olmaz, nəticədə həyatımıza təşviş
pozuntusu olan insanlar kimi davam edərik.
Bağlanma anlayışı.
Hər
bağlanma tərzi əslində klinik olaraq fərqlidir, üzərində əsl dayanmağımız lazım
olan şey odur ki, uşaqlıqda başlayan etibarsız bağlanma gələcəkdə ruhi
strukturumuza inanılmaz zədələr vurur. Hər ayrı problem yaşayanda bu problemlər
qarşımıza çox fərqli hallar kimi ortaya çıxır, və heç vaxt səbəbini başa düşə
bilmirik. Bu vəziyyəti qiymətləndirərkən ata - anadan asılı olan uşağın hisslərini
yaxşı anlamağımız gələcəkdə ola biləcək problemlərin də qarşısını alacağımız mənasına
gəlir. Panik pozuntu, sosial fobiya, obsessiv kompulsiv pozuntu (OKP),
posttravmatik stress pozuntusu və xroniki ağrı pozuntusunun etibarsız bağlanma
qaydaları ilə əlaqələri müxtəlif tədqiqatlarda göstərilmişdir. Bipolyar
pozuntusu olan xəstələrin kəskin hücumlarında vacib olan, onların xüsusiyətləri
və mənfi təsirlərdən qorunmaları, əlavə olaraq valideynləri ilə münasibətləridir.
Digər vaxtlarda günahkarlıq və çatışmazlıq hissləri, xüsusilə yaxşı valideyn
olmadıqları hissi, sərhəd qoymamaq, dözümsüzlük və həssaslıq valideynlə uşağın əlaqəsinə
mənfi təsir göstərir. Bu şərtlərdə etibarlı bağlanma çətindir.
Bipolyar
pozuntusu olan hər kəs eyni deyil. Hər kəs bir fərddir. Hər təcrübə fərqlidir.
Bipolyar pozuntunun tipləri və fazaları:
Bu xəstəlik
bir qütbdən digər bir qütbə periodik olaraq dəyişir. Yəni bu o deməkdir ki, bu
xəstəlikdən əziyyət çəkən insanlarda ani şəkildə ruh yüksəkliyi
yarana bilər, enerjili ola bilər. Bu maniakal (hipomaniakal) fazada olur.
Birdən isə ruh düşkünlüyü yarana bilər və hər şeyə depressiv yanaşa bilirsən.
Bipolyar
pozuntu iki tipə bölünür:
·
1-ci tip bipolyar pozuntu - maniakal faza + depressiv
faza
·
2-ci tip bipolyar pozuntu - hipomaniakal faza + depressiv
faza
1-ci tip maniakal
fazada (maniya) insan yüksək dərəcədə əhval ruhiyyədə olur. Və hər şeyin, hər
işin öhdəsindən gələ biləcəyi düşüncəsində olur. Kiminləsə söhbətləşəndə fikirlərini sürətli şəkildə ağızdan çıxardır
və hətta düşünülməmiş fikirlər demək olar buna. Belə hallarda da ətraf
tərəfindən fikirlər qətiyyən anlaşılmır və sürətli şəkildə də fikir dəyişikliyi
yaşanır. Həyat ritmi pozulur və bir iş tamamlanmamış daimi digər işlərə ordan
da digərlərinə keçirilir. Hallüsinasiyalar görməyə
başlayır və reallıqla əlaqə itir. Yüksək ab-havada olduğu üçün öz xəstəliyini
dərk etmmir. Və bu ciddi
şəkildə ətrafda olan insanların da narazılığına səbəb olur və hərəkətlərin
sürəti düşünülməmiş şəkildə artır. Bu hallar həkimə müraciət olunmasına gətirib çıxardır.
Hipomaniakal (hipomaniya) fazada da
yüksək əhval ruhiyədə olursan. Amma moniakal fazadan fərqli olaraq insan bu dövrü daha sakit keçirir və nəzarət
mümkün qədər ələ alına bilir. Ətrafa zərərlə
nəticələnmir. Reallıqla əlaqə itmir və hallüsinasiyalar görülmür. Ancaq bu dövr də
depressiv vəziyyətlə nəticələnir.
Onu da qeyd etmək lazımdır ki, depressiv vəziyyət maniakal və ya hipomaniakal fazaya nisbətdə daha uzun müddət
də olur.
Depressiv vəziyyət
Bu fazada insan hər şeyə daha bədbin daha ümidsiz baxır hərşeyə. Davamlı
travma halında olur və düşkün ruh halı hökm sürür.
Depressiv faza üçün göstərilən əlamətlər:
·
Əhval-ruhiyyənin
enməsi.
·
İnsan heçnəyə
maraq göstərmir, əvvəllər müsbət emosiyalar doğuran şeylər ona zövq vermir.
·
İş qabiliyyəti enir, tez yorulur.
·
Fikir
dağınıqlığı.
·
Özünə qarşı
inamsızlıq.
·
Gələcəyi
haqqında ümidin olmaması.
·
Ölüm haqqında
tez-tez düşünməsi və intihar fikriylə yaşaması.
·
Yuxu və iştaha pozuqluğu.
Depressiv vəziyyət zamanı digər əlamətlər də özünü göstərə bilər. Bu
əlamətlər eyni anda hamısı özünü göstərməyə də bilər. Bipolyar pozuntu müxtəlif
xəstəliklərdir və buna görə də xəstəliyin növünə görə müalicəsi də müxtəlif
olur. Ona görə də həkimə müraciət edərkən keçirdiyiniz hal-vəziyyəti dəqiq
şəkildə bildirmək, hansı hal özünü daha çox hansı vəziyyətdə göstərdiyini dəqiq
şəkildə demək lazımdır ki, diaqnoz düzgün qoyulsun və müalicə də düzgün və
dəqiq olsun. Bunu müxtəlif testlərdən keçərək də hansı dərəcədə sizdə var
olduğunu müəyyən etmək mümkündür.
Bipolyar pozuntu zamanı dərman müalicəsi vacib olsa belə psixoterapiya mütləqdir. Psixoterapiya kliyentin psixologiyasının nəzarətdə saxlanılmasında xüsusi rol oynayır.
Unutmamaq lazımdır ki, bu xəstəlik yenidən qayıda bilər və xəstənin
vəziyyətini stabil saxlamaq üçün aşağıdakı qaydalara riayət olunmalıdır.
·
Yuxu
rejiminin pozulmaması. (Hər gün eyni vaxtda oyanıb eyni vaxtda yatmaq.)
·
Həddən artıq
yorulmadan özünü qorumaq və mümkünsə ciddi iş rejimi tələb edən iş yerlərindən
uzaq durmaq.
·
Qaydalı və
mütamadi şəkildə istirahətini təmin etmək.
·
Spirtli
içkini azaltmaq və mümkünsə tamamilə tərgitmək.
·
Münaqişələrdən
qaçmaq və stresdən uzaq durmaq.
Həkim və ya
psixoterapevtə nə açıqlamalı?
Hər zaman doğrunu söyləyin. Nə qədər
əhəmiyyətsiz görünsə də, xəstəliyiniz haqqında məlumat gizləməyiniz, diaqnoz
qoyulmasını ləngidir və uyğun müalicə almağınız üçün lazım olan müddətin
uzanmasına yol açır. Həkim yaxud psixoterapevtə
bir ailə üzvü və ya
yoldaşınızla birlikdə getməyə diqqət edin. Onlar sizin davranış və emosional vəziyyətinizlə bağlı fərqli fikirlər söyləyə
bilərlər. Maniakal və depressiv, hər cür əlamətinizi həkiminizə tamamilə açıqlayın. Mümkünsə
bu əlamətləri nə vaxt və nə qədər müddət ərzində yaşadığınızı yazaraq təsvir
edin. Ailənizin
hər hansı bir üzvündə bipolyar pozuntu hekayəsi, ya da ruhi
sağlamlıqla bağlı hər nə problem varsa bu vəziyyəti bölüşün.
“Gözlərini yum və düşün, içindəki səni canlı saxlayan
hiss nədir? Yaşadığımız müddətdə qurduğumuz əlaqələr əsasən boşluq doldurmaq
kimi başlayar, bir-birimizin həyatında boşluqları izləyərik. Əslində boşluq
təcrübəmizin içində olan hər şey və heç bir şey olma halı hamımız üçün
tanışdır. Heç bir şey olmadığımı görəndə bu, hikmətdir. Hər şey olduğumu
görəndə bu, sevgidir. Həyatım bu ikisi arasındadır” deyib Maharac