Dünyanın
ən gözəl, ən qəribə, ən yabanı və eyni zamanda ən vəhşi duyğusunu yəni eşqi, bu
dəfə də qeyri-adi suallarla həll etməyə hazırsınızmı?
Niyə hər zaman səhv insanlara aşiq
oluruq?
Yanlış insanlara aşiq
oluruq, çünki beynimizin içində "doğru insan" deyə bir anlayış var.
Zehnimizdə müəyyən ölçülərdən, daha doğrusu, qəliblərdən meydana gələn bir sxem yaradırıq. Dayanmadan
həyatımızın insanını axtarırıq və onu tapmaq məsələsində olduqca səbrsiz
davranırıq. Bundan başqa, qəbul edin ki, eşq söz mövzusu olduğunda qadağaların
və maneələrin ayrı bir cazibədarlığı olur. İmkansızlıq eşqə tamamilə başqa bir
ləzzət qatır. Biz də əslində içdən içə bu imkansızlığı yaşamaqdan xoş olur,
bunun içimizdəki ehtirası artırmasına göz yumur, bir yandan da bir cür nizamlı
və uzun bir əlaqə qurmağın acısını çəkirik.
Eşq, hər zaman fədakarlıq
deməkmi?
Əlbəttə ki, yox. Bir
tərəfin digəri üçün özünü heçə sayması məhəbbət deyil. Məhəbbət - iki nəfərlik
bir eqoizm və əslində insanın tamamilə öz saçılan işığında özünü qane etmək, ruhunu
yedirtmək, qəlb çiçəyinin suyunu vermək üçün yaşamağa ehtiyac duyduğu bir
prosesdir. Amma bu eqoizmi mənfi mənada ələ almamaq lazımdır. Bir-birinə aşiq
olan iki insanın münasibətləri, bir baxımdan dünyanın geridə qalanına bağlıdır. Onların özlərinə
məxsus dilləri, bir ünsiyyət formaları, bəzən ətraflarındakı heç kimin, ən
yaxınlarının belə girmədiyi bir dünyaları var. Məhəbbətin eqoist tərəfi adi
eqoizmdən çox, çanağına çəkilməkdən və məxfilikdən irəli gəlir. Ancaq bir tərəfin
özünü parçalayıb - dağıtması və digərinin bundan faydalanması çox deyil, tək
istiqamətli bir asılılığın işarədir.
Məhəbbət filmlərinin
həyatımızdakı əhəmiyyəti nədir?
Xüsusilə qadınların zəifliyi
sayıla biləcək bu filmlər, məhəbbəti daha yaxşı qavramaq üçün göz açmağı təmin
edir. Onların içindəki sıx duyğuya qarşı olan inamı artırır. Qadınlar məhəbbət
filmləri ilə çox maraqlanır, çünki onları bəzən ümidsizliyə, xülyalara, həyəcanlara,
qorxulara, əzab çəkməyə və məğlubiyyətə sürükləyən bu hissin bir mənası
olduğunu təkrar-təkrar görmək lazımdır. Bəyaz pərdədə bu hiss hər zaman daha
sadə görünür və bu sadəlik onları düşdükləri çıxılmaz vəziyyətlərdən bir az
olsun çıxarır.
Əlaqənin xüsusilə təhlükəyə
girdiyi zamanlar varmı?
Münasibətə üçüncü bir
adamın girməsi (bunun
mütləq başqa bir qadın və ya kişi olması lazım deyil )- bu məhəbbəti ən çox təhlükəyə
salan haldır. Bunun ən gözəl nümunəsi uşaq sahibi olmaq. Məhəbbətin var
olmasına kömək edən o azadlıq hissi bir anda bitər və cütlüyün üzərində artıq
bir ailə olmağın məsuliyyətləri yıxılar. Əgər bir-birinə aşiq olan iki insan
münasibətləri müddətində çətin vəziyyətlərlə başa çıxmağı öyrənməmişlərsə, özlərini
bu məsələdə inkişaf etdirməmişlərsə bu yeni həyat tərzi onları bir-birini qırmağa
itələyir və məhəbbətlərinin mübahisələr, gərginliklər, dağılmalar, sinir
böhranları və üsyanlar arasında itib getməsinə səbəb olur.
Aldatsa da sizi sevir mi?
Kişilər üçün bəli. Bir kişi birlikdə olduğu
qadını çox sevib yenə də aldada bilər, əksəriyyətlə də eyş-işrətdən qaynaqlanan
səbəblərlə. Qadınlar aldatma hadisəsinə fərqli məqsədlərlə, planlı proqramlı
girirlər. Əksəriyyəti də bunu birlikdə olduqları kişidən qisas almaq üçün edirlər.
Qadının içində sədaqət hissinə yer olmayan bir eşq yaşaması, çox daha aşağı bir
ehtimaldır. İnsan bir sevgini telefonunda bitirə bilərmi? Bitirməz, bitirsə də
yaşadığı şeyin sevgi olmadığından əmin ola bilər. Əgər qadın bir insanı sevmiş
və onunla bir dövr həyatı yaşamışsa, içindəki ehtiras fırtınası dinərkən belə o
gözəl günlərin xatirinə ən azından gözlərinin içinə baxaraq və bir bəyanat verərək
ayrılmağı ona borclu olduğunu hiss edir. Yəni qadın bir kişini mesajla başından
qovursa, bilin ki, ona heç vaxt aşiq olmamışdır.
Məhəbbətin
nə qədər yaxınlığa və uzaqlığa ehtiyacı var?
Bir-birini
tək bir baxışla dərk edəcək qədər yaxın və bir fərd olaraq var olmağa davam edə
biləcək qədər uzaq. Aradakı sərhəd olduqca incədir və bir çox cüt bu sərhədi
bağlamağı bacarmaz. Ya münasibətləri kifayət qədər dərin deyil, ya da tam əksinə,
artıq birləşib tək bir varlıq halına gəlmiş, şəxsiyyətlərini itirmişlər.
Halbuki, aradakı məsafənin düzgün təyin edilməsi vəziyyətində məhəbbətin ömrü
daha uzun olur.
Məhəbbətlə
bağlı ən böyük səhvlər nələrdir?
Qadınların
çoxu kişini ovuclarının içinə alıb nəzarət edə biləcəklərini, istəkləri istiqamətində
istiqamətləndirə və istədikləri zaman ata biləcəyini düşünür. Çox bəyənmə,
xoşlanma və təsirlənmə kimi duyğuları dərhal məhəbbətlə qarışdırırlar.
Qadınların ən böyük səhvlərindən biri isə budur: Onlar həyatın bəzi dövrlərində
qayğıya, diqqətə, isti bir toxunuşa o qədər böyük bir həsrət duyurlar ki,
qarşılarına çıxan ilk kişiyə aşiq olduğunu sanırlar. Əslində onların içindəki
hiss birini sevməkdən çox, sevgi adlanan hissi sevməkdir.
"Mədəyə
enən yumruğu" bioloji olaraq açıqlaması verilə bilərmi?
Həm
də asanlıqla. Aşiq olduqları müddətdə qadınların qanında feniletilamin yəni eşq hormonu vardır. Ancaq
zaman içində bu hormonun səviyyəsi düşür, əlaqənin gələcək mərhələlərində məhəbbət,
kimyəvi təsirini itirər və mədədə uçuşan kəpənəklər növbəti eşqə qədər tarixə
qarışır. Ancaq əgər qadın bu ilk həyəcanın yerinə qarşılıqlı inam, mərhəmət,
anlayış, hörmət və dostluqdan ibarət qarışıq qoya bilibsə, eşq sevgiyə çevrilir
və bu sevgi bir ömür boyu sürə bilər.
Nə üçün bəzilərimiz bir-birinin ardınca əlaqələr
yaşayarkən bəzilərimiz aşiq olmaqda bu qədər çətinlik çəkirik?
Bir insan aşiq olmaqda çətinlik çəkirsə bunun müxtəlif səbəbləri ola bilər.
Ən klassik səbəb, insanın daha əvvəl yaşadığı münasibətlərdən qaynaqlanan
inamsızlığı və qarşı cins haqqında mənfi fikirləridir. Bunun xaricində bir də məhəbbəti
hər cəhətdən yaşaya bilməyənlərə, daha doğrusu, yaşamaqdan kef almağı
bacarmayanlara rast gəlinir. Bunlara "eşqə qabiliyyəti olmayanlar"
deyə bilərik. Nə özləri o sehrli siqnalları göndərə, nə də göndərilənləri ala
bilərlər. Bir də məhəbbətin özü ilə bərabər gətirdiyi çətinliklərdən qaçan və şəxsi
məxfiliyinin azalmasından qorxanlar var. Öz özlərinə bəs edən bu insanlar daha seçici
davranırlar və düşdükləri hər hansı bir şəraitdə məhəbbət axtarışına düşmürlər.
Yəni hadisəyə məntiq yönündən baxmağa üstünlük verirlər.
Комментариев нет:
Отправить комментарий