Narsistik şəxsiyyət pozuntusu olan insanlar, başqasının fikirlərinə və
istəklərinə biganə qalan insanlardır. Özünü bəyənmiş, başqalarının
yaşatdıqlarına və yaşadıqlarına laqeyd qalan, davamlı olaraq özünü ön plana
çıxarmaq istəyən adamlar narsist adlandırılır. Bu insanlar özlərini
başqalarının yerinə qoymaz, başqalarını anlamazlar.
Narsistik şəxsiyyət pozuntusunu tanıma xüsusiyyətləri nədir?
İnsanlarda olan narsistik xüsusiyyətlər, bədii, dramatik, dramatik və ya
atletik uğurlar şəklində təsvir oluna bilər. Bu insanlar özləri ilə məşğul kimi
görünsələr belə, özlərini dəyərsiz, səthi və alçaq dərəcədə hiss etmə meyli
içindədir. Başqalarının tənqidlərinə dözməzlər. Qarşısındakıları öz istəkləri
və məqsədləri üçün istifadə etməyi sevirlər. Güc və sevgidə acgöz, özlərini
bənzərsiz biri olaraq görmə xüsusiyyətləri vardır. Heç kəslə empatiya yarada
blməzlər. Qarşısındakılardan razılıq və qayğı gözləyirlər. Gözləntiləri
ödənmədikdə mənlik hörmətləri sarsılır, inciklik və çökntü hissi yaşayırlar.
Onlara qayğı göstərməyən, hörmət etməyən hər kəsi alçaldırlar. Xəyallarını
şişirtməyə, özlərini haqlı çıxarmağa, başqalarını aldatmağa çalışırlar.
Ümidsizliyə qapılmadan, bütün həqiqətləri azdırırlar. Başqalarını qısqanar,
özlərini bəyənirlər. Bu şəxsiyyət pozğunluğu, ictimaiyyətə qarşı, Borderline və
histrionik şəxsiyyət pozuntuları ilə birlikdə görüldüyündən, diaqnozu olduqca
çətindir. Bu insanlar yaşları irəlilədikcə, gözəllikləri və gücləri çox çətin
şəkildə qəbul edirlər. Onlara yönələn tənqidləri dəyərsiz görürlər. İnsanlaran
istifadə etməyi sevirlər.
Narsistik şəxsiyyət pozuntusunun yaranma səbəbləri:
Bu pozuntuya malik olan şəxslər, erkən uşaqlıq dövrlərində şəxsiyyət
bütövlüyünün təmin olunması və qorunması üçün, ətrafdan təsirlərə ehtiyac duyur.
Ana və atadan yetərli emosional istiliyi görməmiş uşaqlarda hisslərin inkişafı
səthi olur. Anaya özünü hiss etdirməyən uşaq, ana obrazından məhrum qalar. Ana
və atanın uşağın xüsusiyyətlərini daim yüksəltməsi, öz mənlik duyğusunun
davamlı olaraq qidalanmasına səbəb olur. Bunun narsistik pozuntunun ortaya
çıxmasında mühüm töhfəsi var. Uşaqlıq dövründəki travmalar da inkişafa təkan
verən səbəblərdəndir.
Narsistik şəxsiyyət pozuntusunun müalicəsi necə aparılır?
Bu pozuntu xronikiləşmə meyli göstərdiyi üçün, müalicə olduqca çətin olur.
Müalicədə məqsəd mənlik hörmətinin qorunması şəklində olur. Müalicə zamanı
həqiqi mahiyyətə toxunulmadan, süni mənlik üzərində işləmək nəticəsiz qalacaq.
Terapevtlər həqiqət və süni mənlik ilə birlikdə çalışmalıdır
Ətrafınızda narsistik şəxsiyyət pozuntulu birisinin olub olmadığını anlamaq
üçün bir neçə əlamət:
1. Bir söhbət əsnasında sizi dinləyir
kimi görünsə də, əslində dinləməmişdir, sözü gedən mövzudan sual verdikdə
"ha", "nə" kimi cavabla qarşılaşırsınız. Ona özünzüzü
dinlədəcək qədər mükəmməl olduğunuzu bilirdiniz? Yanılırsınız.
2. Ehtiyacı olana ehtiyacı olan şeyi
verir, amma öz istəklərini yerinə yetirməniz üçün sizi kölə etmək qarşılığında.
Bir müddət sonra elə biləcəksiniz ki sizin haqqınızdakı ən gözəl qərarı o verə
bilir....
3. Özündən başqa hər kəsin qüsuru
vardır.
4. Qaydalar? Narsistin yalnız öz
qaydaları vardır və bütün kölələr bu qaydalara əməl etməlidir.
5. Utanclıq və peşmanlıq hissləri
onların lüğətində yoxdur. Bir şey edibsə onun səbəbi vardır.
6. Cəsarətinizi sınayıb bir narsisti ələ
salmağı bacarsanız və hələ sağsızsa nə xoşbəxtsiz... bir daha sınamayın
7. Məsuliyyət hiss etmədən hər zaman
eqolarının ardınca qaçarlar. Onsuz da problem çıxsa günahkar ya sizsiniz, ya da
başqası
8. Ağıllı, yaraşıqlı, güclü, gözəl və s.
bunlar bəs deyil. Bu sözlərin əvvəlində "ən" deməlisiniz
9. O dünyanın mərkəzidir və siz hələ
bunu görmürsünüzsə, demək ki, axmağın birisiniz
10. Çox tez əsəbləşir və dağıdıcı
olabilirlər
11. Ona əsla və əsla "yox"
deyə bilməzsiz. Narsistə görə kölənin vəzifəsi o nə deyirsə "hə"
yaxud "bəli" deməkdir.
12. Başqalarını qısqanar və başqalarının da onu qısqandığını düşünər
Eynen men...
ОтветитьУдалить