суббота, 8 апреля 2017 г.

Narsistik şəxsiyyət pozuntusu

Narsistik şəxsiyyət pozuntusu olan insanlar, başqasının fikirlərinə və istəklərinə biganə qalan insanlardır. Özünü bəyənmiş, başqalarının yaşatdıqlarına və yaşadıqlarına laqeyd qalan, davamlı olaraq özünü ön plana çıxarmaq istəyən adamlar narsist adlandırılır. Bu insanlar özlərini başqalarının yerinə qoymaz, başqalarını anlamazlar.


Narsistik şəxsiyyət pozuntusunu tanıma xüsusiyyətləri nədir?
İnsanlarda olan narsistik xüsusiyyətlər, bədii, dramatik, dramatik və ya atletik uğurlar şəklində təsvir oluna bilər. Bu insanlar özləri ilə məşğul kimi görünsələr belə, özlərini dəyərsiz, səthi və alçaq dərəcədə hiss etmə meyli içindədir. Başqalarının tənqidlərinə dözməzlər. Qarşısındakıları öz istəkləri və məqsədləri üçün istifadə etməyi sevirlər. Güc və sevgidə acgöz, özlərini bənzərsiz biri olaraq görmə xüsusiyyətləri vardır. Heç kəslə empatiya yarada blməzlər. Qarşısındakılardan razılıq və qayğı gözləyirlər. Gözləntiləri ödənmədikdə mənlik hörmətləri sarsılır, inciklik və çökntü hissi yaşayırlar. Onlara qayğı göstərməyən, hörmət etməyən hər kəsi alçaldırlar. Xəyallarını şişirtməyə, özlərini haqlı çıxarmağa, başqalarını aldatmağa çalışırlar. Ümidsizliyə qapılmadan, bütün həqiqətləri azdırırlar. Başqalarını qısqanar, özlərini bəyənirlər. Bu şəxsiyyət pozğunluğu, ictimaiyyətə qarşı, Borderline və histrionik şəxsiyyət pozuntuları ilə birlikdə görüldüyündən, diaqnozu olduqca çətindir. Bu insanlar yaşları irəlilədikcə, gözəllikləri və gücləri çox çətin şəkildə qəbul edirlər. Onlara yönələn tənqidləri dəyərsiz görürlər. İnsanlaran istifadə etməyi sevirlər.

Narsistik şəxsiyyət pozuntusunun yaranma səbəbləri:
Bu pozuntuya malik olan şəxslər, erkən uşaqlıq dövrlərində şəxsiyyət bütövlüyünün təmin olunması və qorunması üçün, ətrafdan təsirlərə ehtiyac duyur. Ana və atadan yetərli emosional istiliyi görməmiş uşaqlarda hisslərin inkişafı səthi olur. Anaya özünü hiss etdirməyən uşaq, ana obrazından məhrum qalar. Ana və atanın uşağın xüsusiyyətlərini daim yüksəltməsi, öz mənlik duyğusunun davamlı olaraq qidalanmasına səbəb olur. Bunun narsistik pozuntunun ortaya çıxmasında mühüm töhfəsi var. Uşaqlıq dövründəki travmalar da inkişafa təkan verən  səbəblərdəndir.

Narsistik şəxsiyyət pozuntusunun müalicəsi necə aparılır?
Bu pozuntu xronikiləşmə meyli göstərdiyi üçün, müalicə olduqca çətin olur. Müalicədə məqsəd mənlik hörmətinin qorunması şəklində olur. Müalicə zamanı həqiqi mahiyyətə toxunulmadan, süni mənlik üzərində işləmək nəticəsiz qalacaq. Terapevtlər həqiqət və süni mənlik ilə birlikdə çalışmalıdır

Ətrafınızda narsistik şəxsiyyət pozuntulu birisinin olub olmadığını anlamaq üçün bir neçə əlamət:
1. Bir söhbət əsnasında sizi dinləyir kimi görünsə də, əslində dinləməmişdir, sözü gedən mövzudan sual verdikdə "ha", "nə" kimi cavabla qarşılaşırsınız. Ona özünzüzü dinlədəcək qədər mükəmməl olduğunuzu bilirdiniz? Yanılırsınız.
2. Ehtiyacı olana ehtiyacı olan şeyi verir, amma öz istəklərini yerinə yetirməniz üçün sizi kölə etmək qarşılığında. Bir müddət sonra elə biləcəksiniz ki sizin haqqınızdakı ən gözəl qərarı o verə bilir....
3. Özündən başqa hər kəsin qüsuru vardır.
4. Qaydalar? Narsistin yalnız öz qaydaları vardır və bütün kölələr bu qaydalara əməl etməlidir.
5. Utanclıq və peşmanlıq hissləri onların lüğətində yoxdur. Bir şey edibsə onun səbəbi vardır.
6. Cəsarətinizi sınayıb bir narsisti ələ salmağı bacarsanız və hələ sağsızsa nə xoşbəxtsiz... bir daha sınamayın
7. Məsuliyyət hiss etmədən hər zaman eqolarının ardınca qaçarlar. Onsuz da problem çıxsa günahkar ya sizsiniz, ya da başqası
8. Ağıllı, yaraşıqlı, güclü, gözəl və s. bunlar bəs deyil. Bu sözlərin əvvəlində "ən" deməlisiniz
9. O dünyanın mərkəzidir və siz hələ bunu görmürsünüzsə, demək ki, axmağın birisiniz
10. Çox tez əsəbləşir və dağıdıcı olabilirlər
11. Ona əsla və əsla "yox" deyə bilməzsiz. Narsistə görə kölənin vəzifəsi o nə deyirsə "hə" yaxud "bəli" deməkdir.
12. Başqalarını qısqanar və başqalarının da onu qısqandığını düşünər