- Adaptasiya
– uyğunlaşma, orqanizmin yeni şəraitə vərdiş etməsi.
- Adekvat – həmin şərait üçün müvafiq, münasib
olan
- Aksentuasiya — hər hansı bir xüsusiyyətin və ya əlamətinin
digərlərinin fonunda seçilməsi, ayrıca, xüsusi olaraq inkişaf etməsidir
- Aktivlik – 1) orqanizmin və psixikanın xassəsi.
Onun fiziki və psixi
olmaqla iki növü fərqləndirilir. 2) Şəxsiyyətin
xüsusiyyəti. Şəxsiyyət fiziki
və psixi olmaqla yanaşı sosial fəallığa da
malikdir.
- Alturizm – öz şəxsi həyatı və maraqlarını
unudaraq başqa adamlara
təmənnasız xidmətə yönəlmiş sosial yönəlişlik
forması.
- Anamnez – xəstəliyin inkişaf tarixi.
- Antisipasisiya — İstifadə edilməli olan bütöv priyomlar silsiləsinin
və ya seriyasının şüur tərəfindən qabaqcadan bu cür xəbər verilməsi
- Affekt – güclü, coşqun cərəyan edən gərgin emosional
halət
- Affektiv davranış – dalaşqanlıq, tərslik, höcətlik,
kobudluq və s. kimi
çətin davranış forması.
- Afferentasiya – xarici qıcıqlandırıcılardan eləcə də
daxili orqanlardan qəbul olan və hissiyyat orqanlarından mərkəzi sinir sisteminə
daxil olan daimi sinir impulse axını
- Aparıcı fəaliyyət – ontogenezin müəyyən mərhələsində
psixi inkişafın
xarakterini müəyyən edən fəaliyyət növü.
- Apatiya — emosional laqeydlik, biganəlik və fəaliyyətsizlik vəziyyəti
- Aqressivlik – insanın başqalarına ziyan vurması ilə
ifadə olunan
davranış və müənasibət tərzi.
- Aqqlyutinasiya — real həyatda biri-biri ilə birləşməyən müxtəlif
keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması
prosesi
-
Aqqravasiya – şəxs tərəfindən həqiqətən mövcud olan xəstəliyin ağırlığının
şişirdilməsi
- Aqnoziya –
beynin normal funksiyalı reseptorlardan gələn informasiyanın anlaya bilməməsi
nəticəsində yaranmış vəziyyət
- Ambivalentlik – ikili, polyar, ziddiyyətli fikir,
hiss və davranışın
təzahürü. O, özünü eyni bir obyektə qeyr-müəyyən ikili
münasibətdə
göstərir. Məsələn, eyni bir adama qarşı məhəbbət və
nifrət.
- Astenik – fiziki və psixoloji cəhətdən zəif adam.
Alman psixiatrı
E. Kreçmerin təliminə görə, asteniklər xüsusi bədən
quruluşu ilə seçilir.
Onlar dar çiyinlərə, qalın skletə, zəif əzələlərə, düz
döş qəfəsinə
malikdir. Şizod tipə və onlara məxsus davranış
formalarına malik
olurlar.
- Assosiasiya — psixi anlayışların birləşməsi, əlaqələndirilməsidir
- Autizm – normal, məqsədyönlü məntiqi təfəkkürün
pozulması.
- Afaziya – nitqin müxtəlif pozğunluqları.
- Afoniya – nitqin tam qorunduğu halda səsin itməsi
- Affiliasiya- insanın ətrafdakı adamlarla emosional
yaxınlığa, onlara
xeyirxah dostluq və yoldaşlıq münasibətlərinin
qurulmasına və qorunub
saxlanılmasına olan tələbatı.
Appersepsiya – qavrayışın keçmiş təcrübədən, insanın
psixi
fəaliyyətinin məzmunundan və onun fərdi xüsusiyyətlərindən
asılılığı.
- Bacarıq — qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının
seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə
olunmasıdır
- Bərpaedici təxəyyül — Mövcud olmuş, yaxud mövcud olan,
lakin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamış obyektlərin
təsvirə əsasən surətlərinin yaradılması
- Biheviorizm — psixoloji araşdırmaların predmeti olaraq
yalnız insan davranışı və onun xarici və daxili stimullardan asılılığının
öyrənilən psixologiyanın bir sahəsidir. Bir sözlə davranış haqqında elmdir.
- Bumeranq affekti – sosial-psixoloji hadisə. İnsan
onun sosial
ustanovkalarını, mühakinə və rəylərini dəyişdirilməsinə
yönəldilmiş
informasiyanı qəbul edərkən və qiymətləndirərkən nəinki
öz əvvəlki
mövqeyini dəyişir, əksinə həmin mövqe üstündə daha təkidlə
israr edir.
Bu hal qəsdən göstərilən informasiya təzyiqi zamanı
daha qabarıq
özünü göstərir.
- Deviant davranış – normadan kənar, hüquqa və əxlaqa
zidd asosial
davranış.
- Depressiya – psixi və davranış fəallığının zəifləməsi
ilə müşayət
olunan ruhi dalğınlıq, təlatüm vəziyyəti. Bu zaman
insan özünü qarşıya
çıxan həyatı problemlərini həll etməkdə köməksiz və
qabiliyyətsiz hiss
edir.
- Dəyişən afferentasiya – orqanizmin kəskin dəyişilmiş
qeyri-adi həyat şəraitində spesifik reaksiyası
- Daxili nitq — fikrin sözlərə və əksinə tərcüməsi ilə olan prosesinin
avtomatik həyata keçirildiyi və bilavasitə şüuraltı ilə əlaqəli olan insan
fəaliyyətinin xüsusi növü
- Differensial psixologiya — psixologiya elminin
insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən
sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.Ştern
tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər
olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana
gəlmiş daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə
olunmuşdur.
- Duyğu — obyektiv reallığın hissi inikası olub, hal —
hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı
xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi
proses.
- Eyforiya – heç bir obyektiv səbəb olmadan sevinmə, əhvalın
səbəbsiz
olaraq hədsiz yüksəlməsi.
- Empatiya – başqa adamların psixi halətlərini başa
düşməklə onların
dərdinə şərik olma qabiliyyəti.
- Ekstravertlik – bəzi adamların xarakteroloji xüsusiyyəti. Yüksək
ünsiyyətlilikdə, ürəyiaçıqlılıqda, başqa adamlara maraqda və dərin özünütəhlilə
meylli olmamaqda təzahür edir.
- Eqosentrik nitq – məktəbəqədər yaşlı uşağın oyununu
müşayiət edən və onun özünə yönəldilmiş nitq fəaliyyəti. Xarici nitqdən daxili
nitqə keçid mərhələsini təşkil edir
- Əhval- insanın ümumi fəallığını müəyyən edən aktual
emosional
vəziyyətin ümumi fonu.
- Fenomen – insan şüurunun daxili psixoloji məzmununa
aid olan fakt,
hadisə.
- Fəaliyyət - ətraf gerçəkliyə fəal yanaşma forması,
insanın dərk
olunmuş məqsədi ilə tənzim olunan daxili və xarici fəallığı.
- Fəaliyyət məhsullarının təhlili – psixologiyanın
metodlarından biri. O,
uşağın dəyərli fəaliyyət məhsulları olan şəkilləri,
şeirləri, hekayələri,
applikasiya və quraşdırma nümunələrinin tədqiqini nəzərdə
tutur.
- Frustrasiya və ya əngəllənmə hissi — İnsanın öz məqsədinə çatmasına
maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi
emosional hal
- Genezis – mənşə, yaranma. Qanunauyğun inkişafın
tarixi.
- Genetik psixologiya — psixika və davranışın irsən keçən mexanizmini,
onların genotipdən asılılığını öyrənən elm sahəsi
- Görüş qrupları – qrup
psixoterapiyası (psixokorreksiyanın) metodların-
dan biri. İnsanın davranış xarakterli problemlərinin
öyrənilməsi və həll
edilməsi məqsədi ilə təşkil olunur.
- Hipnoz – hipnotik təlqin vasitəsilə insanda
yaradılan xüsusi psixoloji
vəziyyət. Hipnoz insanın öz fikirləri, hissləri və
davranışı üzərində
nəzarətin qismər itirməsi ilə səviyyələnir.
- Hüquq psixologiyası — insan tərəfindən hüquq normaları və davranış
qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə
bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası,
kriminal psixologiya, islah-əmək psixologiyası və s. bölmələri vardır.
- Xarizmatik – təbiətin insanlara rəhbərlik etmək,
lider olmaq
xüsusiyuyətləri ilə doğulmuş adam.
- Xarakter — Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət
prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyyətin
bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji
xüsusiyyətlərinin məcmusu
- Xülya — Niyyətli şəkildə gedən təxəyyül prosesində
həyatda təcəssümü mümkün olmayan surətlər yaradılması
- Xarakterin aksentuasiyası – insanda xarakter əlamətlərindən
hər
hansı birinin digərlərinə nəzərən hədsiz güclü inkişaf
etməsi. Bu adətən
xəstəlik və qocalıq zamanı, həmçinin yaş böhranları
dövründə özünü
daha qabarıq göstərir.
- İradə - insanın şüurlu və məqsədyönlü şəkildə öz
davranışını tənzim
etməsi.
- İmitasiya – uşağın müəyyən davranış modelini (yaşlı,
yaşıd, müəllim və
ya bədii film qəhrəmanı və s.) şüurlu şəkildə öz həyatına
köçürməyə
can atması.
- İdentifikasiya - yad davranış modelini, ustanovka və
dəyərləri
özününkü kimi mənimsəmək.
- İdentik- oxşar.
- İmperativ üslub – cəza və məcburetmə xarakterli
avtoritar rəhbərlik
üslubu.
- İnfantilizm - inkişafın ləngiməsi, fiziki və psixi simada
daha erkən yaş
dövrləri üçün səciyyəvi olan xüsusiyyətlərin olması.
- İntuisiya- insanın mürəkkəb həyat şəraitinə yaxşı
uyğunlaşmasına
imkan verən ümumi əqli qabiliyyətlərin məcmuyu.
- İctimai rəy- indiki anda kimin və ya nəyinsə
haqqında insanların böyük
əksəriyyətində formalaşmış fikir.
İddia səviyyəsi - bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin
seçdiyi
və qarşıya qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi
ilə
müəyyən olunan xarakteristikası.
- İntrospeksiya – daxili psixoloji halət və proseslərin
incə
özünümüşahidəsi prosesi.
- İlluziya — Hiss üzvlərimizə bilavasitə təsir edən cisimlərin olduğu kimi
deyil, təhrif edilmiş şəkildə qavranılması
- İnstink — Mühitin müəyyən şəraitinə, təsirinə qarşı
mürəkkəb anadangəlmə reaksiya forması
- İnterferensiya — əvvəl yaranmış vərdişlərin yeni
vərdişlərin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsi
- İstedad — qabiliyyətlərin bir və ya bir neçə
fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi
- İxtiyari qavrayış — Qarşıya qoyduğumuz məqsədə müvafiq
olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesi
- Kommunikator — ünsiyyət zamanı
informasiyanı verən tərəf
- Kommunikativ bacarıq və vərdişlər – insanın
başqaları ilə
ünsiyyətində təzahür edən bacarıq və vərdişlərin
toplusu. O, özünü
ünsüyyət zamanı verbal və qeyri-verbal vasitələrdən
istifadə etməklə
qarşılıqlı anlaşma məqsədilə insanlara təsir göstərməyi
əks etdirir.
- Kompetentlik – bu və ya digər fəaliyyət sahəsində
insanın yaralılığını,
səriştəliliyini, problemləri həll etmək qabiliyyətini əks
etdirən
xarakteristikası.
- Komplekslər- insanın özündən və ətrafdakı adamlardan
gizlətməyə
çalışdığı və ona ağır təsir göstərən qüsur və
çatışmazlıqlar. Onlar
xarakterin anomal əlaməti hesab edilir.
- Konflikt- bir-birinə əks, zidd olan baxışların,
maraq və nəzərlərin,
davranış formalarının toqquşması. O, özünü insanın özü
ilə və
başqaları ilə daxili münaqişələrində əks etdirir.
- Konformizm- insanlar tərəfindən yad rəylərin qeyri-tənqidi
şəkildə
qəbul edilməsi. Bu, insanların başqalarından qorxusu və
ya fayda əldə
etmək, ziddiyyətdən qaçmaq istəkləri ilə bağlı
yaranır.
- Konfrantasiya- cəbhələşmə, iki və daha çox rəyin,
maraq və mövqenin
toqquşması. Bu, adətən konfliktli vəziyyətə səbəb
olur.
- Qospitalizm – qapalı uşaq tərbiyə müəssisələrində
yaşlılarla ünsiyyət
çatışmazlığı nəticəsində yaranan və uşağın kəskin şəkildə
inkişafdan
qalmasına səbəb olan hadisə.
- Qeyri- adekvatlıq affekti – mənfi emosional təəssüratların
güclü və
davamlı kompleksi. İnsan öz qüsurlarını dərk edərək həyati
vacib
məqsədlərinə çatmaqda çətinlik çəkir.
Qrup – insanların onlar üçün ümumi olan hər hansı
sosial-demoqrafik
və ya psixoloji əlamətlər əsasında birliyini ifadə edən
anlayış.
- Libido- insanın şüuraltı səviyyədə və seksual planda
xüsusi həyat
enerjisini ifadə edən psixoanalitik termin. Z.Freydə
görə, libido
insanların psixologiyası və davranışını idarə edir.
- Lider- sosial qrupun digər üzvləri tərəfindən səlahiyyətləri
könüllü qəbul
edilən nüfuzlu şəxs.
- Maqiya- sehirbazlıq, guya insana və dünyaya təbiətüstü
qüvvələrlə
əlaqə yolu və xüsusi hərəkətlərə təsir etmək.
- Mazoxizm- özünügünahlandırma, özünücəzalandırma.
- Mnemotexnika- insanın öz yaddaşını, xüsusilə
materialı yaddasaxlama
qabiliyyətini yaxşılaşdırmaq üçün istifadə etdiyi
priyom və vasitələri
sistemi.
- Moda- İndiki anda insanların üstün qiymətləndiridyi
zövqlərin (məsələn,
paltar, incəsənət, davrannış tərzi, maddi əşyalar və
s.) sistemi.
- “Mən” obrazı- insanın özünün özü haqqında təsəvvürləri.
―Mən‖ obrazı
insana özünə kənardan baxmaq, hansı keyfiyyətlərə
malik olduğunu
dərk etmək imkanı verir.
- Motiv - bu və ya digər tələbatın təmin olunması ilə
bağlı olan,
fəaliyyətə təhrik edən amil.
- Məqsəd — insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsi
- Məna səddi – insanlar arasında münasibətlər zamanı
ünsiyyətdə
istifadə olunan sözlərin mənasının düzgün anlamama,
onlara müxtəlif
məna vermə.
- Nevrastaniya - İnsanın sinir sisteminin funksional xəstəliyi.
O, insanın
tez yorulması, əsəbi olması ilə yanaşı, fiziki və əqli
baxımdan
uzunmüddətli gərgin işə dözümsüzlüyündə ifadə olunur.
- Nevrozlar- psixi dalğınlığın funksional forması. O, əlverişsiz
həyat
şəraitində özünü göstərir. Bu zaman insan özünün xəstəliyinə
qarşı düşüncəli və tənqidi münasibətini
itirmir, öz davranışını şüurlu idarə etməyi
bacarır.
- Nitq — insanlar arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət
prosesi
- Nonkonformizm — Fərdin nə olursa olsun əksəriyyətin
fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması
- Oliqofreniya- əqli qabiliyyətlərin zəif inkişaf səviyyəsi,
kəmağıllıq. O,
anadangəlmə və qazanılma xarakterli xəstəliklər
sırasına daxildir.
Adətən erkən uşaqlıq (1-3 yaş) dövründə beyinin üzvi zədələnməsi
nəticəsində meydana gəlir.
- Oreal effekti- insan haqqında ümumi təssüratların
davranış və
psixologiyası haqqında qiymətin onun qavrayışına təsirinin
nəticəsi.
Əgər insan haqqında ümumi təəssüratlar müsbətdirsə,
onda onun
müsbət psixoloji keyfiyyətləri oreal effektinin təsiri
altında müsbət
qiymətləndirilir, mənfilər hesaba alınmır. Mənfi ümumi
təəssüratlar
zamanı isə bunun əksi baş verir.
- Ortodoksial- insanların böyük əksəriyyəti üçün
populyar olmayan hər
hansı nöqteyi-nəzərin üstündə təkidlə durmaq. Belə
adam öz fikrindən
əl çəkmir və kompromissə getmir.
- Psixoloji iqlim- qrupda formalaşmış insan münasibətlərinin
ümumi
sistemi
- Pantomimika- insanın başqaları ilə ünsiyyət zamanı
istifadə etdiyi
ifadəli bədən hərəkətlərinin sistemi.
- Parapsixologiya- insanların psixologiyası haqqında
elmi əsasları
olmayan bilik və təsəvvürlər sahəsi. (Məsələn,
telepatiya, telekinez,
ekstrasensor qavrayış və s.)
- Pedantizm-artıq formalizm, hər şeydə-norma və
qaydalara əməl
edilməsində hədsiz xırdaçılıq.
- Polemika- insanlar arasında kəskin diskusiya və
mübahisə, hər hansı
məsələ və ya problemin yüksək emosional səviyyədə
müzakirəsi.
- Praktik psixoloq- praktik psixoloji məsələlərin həlli
ilə məşğul olan, ali
psixoloji təhsilli mütəxəssis. O, psixologiyanın tədrisi
və elmi-psixoloji
tədqiqatlarla məşğul olmur.
Proyektiv metodlar –proyeksiya (köçürmə) mexanizmi əsasında
istifadə olunan psixodiaqnostik metodların sistemi.
- Psixiatriya- psixi xəstəliklərin qarşısının alınması
və müalicəsi ilə
məşğul olan tibb elminin bölməsi.
- Psixi xəstəliklər- insanın psixikasının və
davranışının müxtəlif
formalarda pozulmasında təzahür edən xəstəliklər (məsələn,
psixozlar,
nevrozlar, psixopatiyalar, əqli pozğunluqlar və s.)
- Psixodiaqnostika- xüsusi psixoloji bilik və
metodların sahəsi. Onların
köməyi ilə insanların psixi prosesləri, xassə və vəziyyətləri
ölçülür,
kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilir.
- Psixozlar- ciddi xroniki psixoloji xarakter
daşımayan, öz təzahürlərinə
görə insan psixikasının müxtəlif pozğunluqları.
- Psixokorreksiya – xəstəlik xarakteri daşımayan,
insanın psixikası və
davranışındakı müxtəlif qüsurların aradan qaldırılması
ilə bağlı
psixoloqun peşəkar fəaliyyət sahələrindən biri.
- Psixolinqvistika — nitq davranışını psixoloq və linqvistlərin kompleks
şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir.
- Psixoloji xidmət – insanlara operativ psixoloji kömək
məqsədi ilə
xüsusi müəssisələrdə rəsmən yaradılmış sistem. Belə
xidmət sahələri
müxtəlif sosial institut və təşkilatlarda, məsələn,
tibbdə, təhsildə,
iqtisadiyyatda, siyasətdə, orduda, hüquq sistemində
yaradılır.
- Psixoloji məsləhətvermə - praktik psixoloq tərəfindən
insanlara
məsləhət və tövsiyyələr formasında göstərilən yardım
formalarından
biri.
- Psixoloji təhsil – psixoloqların ali məktəblərdə
aldığı xüsusi peşə
hazırlığı.
- Psixomotorika – insanda psixi hadisə və hərəkətlərin
qarşılıqlı əlaqəsi
və təsiri.
- Psixopatiya – insanın xarakterində ifadəli dəyişikliklə
nəzərə çarpan
normal psixi fəaliyyətin pozulması. Məsələn, yüksək
sinir-psixi oyanıqlıq, özündən şübhələnmək, qətiyyətsizlik,
fanatizm, aqressiv
reyaksiyalara meyillilik, isteriklik və s.
- Psixoterapiya – müxtəlif xəstəliklərin
psixoloji vasitələrlə müalicəsini
həyata keçirən tibbin sahəsi.
- Psixotrop vasitələr – insanın psixi proseslərinə,
vəziyyət və
xüsusiyyətlərinə əhəmiyyətli təsir göstərən
müxtəlif biokimyəvi vasitələr.
Tibbdə bu vasitələrdən müxtəlif psixi xəstəliklərin
müalicəsi məqsədi ilə
istifadə olunur.
- Psi ( ) - yunan əlifbasının hərfi. O,
psixologiyanın emblemi kimi
qəbul edilmişdir.
- Psixoloji diaqnoz- diaqnostik müayinənin nəticəsi
və onun əsasında
tərtib edilən rəy. Bu rəy əsasında sınanılan şəxsin
fərdi-psixoloji
xüsusiyyətləri aşkara çıxarılır. Psixoloji məsləhət
və ya korreksiyaedici
və inkişafetdirici proqramların tərtibində həmin
rəydən istifadə edilir.
- Rol-cins davranışı- müəyyən cinsə mənsub
olan insan üçün səciyyəvi
olan sosial cəhətdən qəbul edilən davranış
forması.
- Reanimasiya – orqanizmin əsas həyati
funksiyalarının bərpa edilməsi
(canlanma, ruhun ―qayıtması‖).
- Reytinq – nüfuzun kəmiyyət göstəricisi. Hər
hansı adamın digərləri ilə
müqayisədə məşhurluğu.
- Renutasiya – hər hansı konkret adam haqqında
onun ətrafındakılarının
rəyi. Renutasiya müsbət və mənfi ola bilər.
- Retrospektsiya – fikrən keçmişə qayıtma,
artıq keçmişdə baş vermiş
hadisələrin təhlili.
- Refleksiya –insanın şəxsi təcrübəsi, xüsusilə,
öz psixoloji xüsusiyyətləri
haqqında düşüncələri.
- Referent qrup – insanların sosial birliyi.
Referent qrup üzvü olan şəxs
öz ideallarını, əqidəsini, sərvət meyllərini,
ustanovka və davranış normalarını qrup normasına uyğunlaşdırır, onun rəyini və
qiymətini
qəbul edir, ona layiq olmağa can atır.
- Resipient — ünsiyyət zamanı informasiyanı qəbul edən tərəf
- Sindrom –eyni mənbədən qidalanan
simptomların, əlamətlərin
məcmuyu.
- Skeptik – hər şeydən şübhələnən, demək olar
ki, hər şeyə inamsız,
tənqidi münasibət bəsləyən adam.
- Sosial stereotip – insanın sosial yönəlişliyinin
davamlı sistemi. O,
həmin cəmiyyətdə yaşayan insanların əksəriyyətinin
bu cəmiyyətə və ya
qrupa münasibətini əks etdirir.
- Stereotip – şablon, trafaret.
- Senzitivlik – həssaslıq
- Senzitiv dövrlər - ətraf gerçəkliyin müəyyən
təsirlərinə qarşı
həssaslıqla müşayət olunan ontogenetik yaş
dövrləri.
- Sensor inkişaf - qavrayışın inkişafı.
- Sensibilizasiya — Analizatorların qarşılıqlı təsiri və mümarisələr
nəticəsində həssaslığın artması
- Sinkretizm – erkən və məktəbəqədər yaşlı
uşaqların qavrayış və
təfəkkürünün xüsusiyyəti. Obyektlərin bitişik
qavranılması.
- Sosial psixologiya — birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən
sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər
sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı
inikasını öyrənən elm sahəsidir.
- Sosiallaşma – fərdin sosial təcrübəni fəal şəkildə
mənimsəməsi
prosesi.
- Sosiometriya – qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli
şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik
təsviri üçün tətbiq olunan standartlaşdırılmış metodik üsulların məcmuyu.
- Stimul – təhrikedici amil.
- Şüur - dil mənaları sistemində obyektiv gerçəkliyin psixi inikasının
yüksək, yalnız insana xas olan forması.
- Şüuraltı və ya təhtəlşüur – aktual şəkildə dərkedilməyən, lakin davranışa və
şüurun məzmununa nəzərə çarpacaq dərəcədə təsir göstərməyə qabil olan psixi
proses və halətlərin məcmuyu
- Təqlid- başqa adamların etdiklərini şüurlu və
ya şüursuz olaraq
yamsılama, təkrarlama. O, xüsusilə uşaqlıq
dövründə öyrənmənin,
həyat təcrübəsi əldə etmənin əsas üsullarından
biridir.
- Telepatiya –fiziki enerji növlərinin köməkyi
ilə insanın fikir və hisslərinin,
informasiyanın ötürülməsi.
- Tətbiqi psixologiya – praktik psixoloji
biliklərin tətbiqi ilə həll edilən
məsələ və problemlərlə bağlı psixologiyanın
bir çox sahələrinin ümumi
adı.
- Taksonomiya- təlim məqsədlərinin şəbəkəli və
ya sistemli təsnifatı.
Temperament – insanın dinamik xüsusiyyətləri,
psixi proses və
vəziyyətləri, habelə xarici davranış formaları
ilə ifadə olunan, onun
fərdiyyətinin ümumi psixoloji xüsusiyyətlərindən
biri.
- Test – standartlaşdırılmış psixodiaqnostik
metodika. Onun vasitəsilə
insanın bu və ya digər psixoloji xüsusiyyəti kəmiyyət
və keyfiyyətcə
ölçülərək qiymətləndirilir. Psixologiyada bir
neçə min test növü vardır.
- Tibb psixologiyası — həkimin fəaliyyətinin və xəstənin davranışının,
onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və
reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə
klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi
tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena,
psixokorreksiya və s. bölmələrini daxil edir
- Treninq – nəyinsə öyrədilməsinə xidmət edən
xüsusi məşq. İnsanda
faydalı bacarıq, vərdiş və adətlərin
formalaşdırılması üçün tətbiqi
psixologiyada müxtəlif treninqlərdən istifadə
olunur.
- Təlqin- təsirə əhəmiyyət vermədən, dərk etmədən
onun təsiri altına
düşmə.
- Təxəyyül - əvvəllər birbaşa qavranılmamış
tamamilə yeni obrazların
yaradılması ilə müşayət olunan psixi proses.
- Tərbiyə - tərbiyə olunanda müəyyən davranış
formalarının,
dünyagörüşünün, xarakter və qabiliyyətlərinin,
hisslərin
formalaşdırılmasına yönəldilmiş məqsədyönlü və
sistematik təsir
prosesi.
- Təbii imkanlar – orqanizmin anadangəlmə
anatomik-fizioloji
xüsusiyyətləri, məsələn, sinir sistemi tipi,
reseptorların quruluşu və s.
Təbii imkanlar qabiliyyətlərin formalaşması və
inkişafının təbii şərti kimi
özünü göstərir.
- Ünsiyyət- İnsanlar arasında informasiya
mübadiləsini, onların psixoloji
və davranış baxımından bir-birinə qarşılıqlı təsirini
əks etdirən proses.
- Ümumi psixologiya — fundamental psixoloji bilikləri özündə
cəmləşdirən elm sahəsi
- Verbal – sözlü
- Verbal aqressiya – mənfi hisslərin sözlü formada ifadəsi.
- Verbal hafizə - hafizənin növü olub, nitqli informasiyanın yaddasaxlanması,
hifz edilməsi və yadasalınması xüsusiyyətlərini şərtləndirir.
- Vərdiş – işin dəfələrlə invariant (dəyişilmədən) təkrarı nəticəsində qismən
avtomatlaşan, asanlıqla, sürətlə və dəqiq həyata keçirilən icra üsulu.
- Yalan detektoru – müəyyən texniki qurğular
vasitəsilə tətbiq edilən
xüsusi psixoloji test. Onun vasitəsilə insanın
doğru və yalan danışdığını
müəyyən etmək olur.
- Yaş psixologiyası — insanda anadan olandan ömrünün axırına qədər
psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi
prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənən elm
sahəsi
- Yeni pedaqoji təfəkkür – təhsilin pedaqoji və
psixoloji dəyərlərə
əsaslanan mentaliteti. Humanistləşdirmə,
demokratikləşdirmə, humanitarlaşdırma, fərdiləşdirmə və inteqrasiya yeni
pedaqoji
təfəkkürün əsas prinsipləridir.
- Yönəliş – insanın onu əhatə edən gerçəkliyin obyekt və hadisələrinə
münasibətdə müəyyən tərzdə qavrama, qiymətləndirmə və hərəkət etməyə
hazırlığının daxili haləti
- Zeyqarnik effekti - mənşəcə alman olan rus
psixoloqu Bulyuma
Vulfovna Zeyqarnik tərəfindən kəşf edilmiş,
hafizə prosesinə aid
hadisə. Zeyqarnikə görə, tamamlanmamış
tapşırıqlar tamamlanmış
tapşırıqlara nəzərən iki dəfə yaxşı yadda
qalır. Lakin bu hadisə bir sıra
amillərdən – sınanılan şəxsin yaşından,
tamamlanmış və tamamlan-
mamış tapşırıqlara münasibətindən, hər bir
tapşırığın həllinə sərf
olunan vaxtdan, onların nisbi çətinlik səviyyəsindən
və s. asılıdır. Lakin
bu hadisə heç də həmişə müşahidə olunmur.
Mənbə: "Psixologiya" S.İ.Seyidov və M.Ə.Həmzəyev
"Təhsil sistemində psixoloji xidmətin elmi-nəzəri əsasları"
"Психология"(Книга 1) Р.С.Немов