пятница, 21 июля 2017 г.

Bipolyar pozuntu və bağlanma

Bu yazını yazma səbəbim, son günlərdəki hissi vəziyyətləri dəyişən bir çox yoldaşlarıma görə məlumat çatdırmaqdır. Əminəm ki, bu vəziyyət dözülməz olur və hesab edirəm ki, öhdəsindən gəlmək üçün mütləq fərqlilik və vəziyyəti qəbul etmək daha əhəmiyyətlidir. Əlbəttə ki, oxuyanlar deyə bilər, məndə də bunlar zaman-zaman olur, mən də bipolyarammı? Özünüzə pay götürməyin. Ancaq hissi vəziyyətiniz aşağıdakı yazdıqlarıma yaxındırsa, mütləq dəstək almalısınız.
Başqalarının şərhlərinə əsasən özünü formalaşdırsan və sərhədləsən "sən"i tapa bilmərsən.
-Romantik əlaqələrim çox mübahisəlidir, -Münasibəti davam etdirməyi bacara bilmirəm, -Telefonlarıma cavab verilmir, -Məni sevmir, mənimlə bərabər olmaq istəmir, -Əvvəllər məni axtarardı, -Mən hər kəsə yaxşılıq edirəm, amma heç kim mənə yaxşılıq etmir, -Mən hamıya hədiyyələr alıram amma heç kim mənə almır, -Hər kəsin probleminə can yandırıram, amma mənə fikir verən yoxdur. Əslinə qalsa minlərlə nümunə sayaram sənə. Bəs səbəbini heç cür anlaya bilmədiyin davranışları nümayiş etdirərkən beynində nələr olur bilmək istəyirsənmi? Doğulduğumuzdan etibarən bağlanma psixologiyasını öyrənirik, bu etibarlı və ya etibarsız olaraq da təsvir oluna bilir. Təbiətin özünəməxsus modeli etibarlı bağlanmadır. Xüsusilə bağlanma, uşaqla qayğı verən insanın yaxınlıq axtarışı və müntəzəmliyi çox vacibdir. Əgər yaxınlıqda ziddiyyət olarsa, etibarlı bağlanma olmaz, nəticədə həyatımıza təşviş pozuntusu olan insanlar kimi davam edərik.
Bağlanma anlayışı.
Hər bağlanma tərzi əslində klinik olaraq fərqlidir, üzərində əsl dayanmağımız lazım olan şey odur ki, uşaqlıqda başlayan etibarsız bağlanma gələcəkdə ruhi strukturumuza inanılmaz zədələr vurur. Hər ayrı problem yaşayanda bu problemlər qarşımıza çox fərqli hallar kimi ortaya çıxır, və heç vaxt səbəbini başa düşə bilmirik. Bu vəziyyəti qiymətləndirərkən ata - anadan asılı olan uşağın hisslərini yaxşı anlamağımız gələcəkdə ola biləcək problemlərin də qarşısını alacağımız mənasına gəlir. Panik pozuntu, sosial fobiya, obsessiv kompulsiv pozuntu (OKP), posttravmatik stress pozuntusu və xroniki ağrı pozuntusunun etibarsız bağlanma qaydaları ilə əlaqələri müxtəlif tədqiqatlarda göstərilmişdir. Bipolyar pozuntusu olan xəstələrin kəskin hücumlarında vacib olan, onların xüsusiyətləri və mənfi təsirlərdən qorunmaları, əlavə olaraq valideynləri ilə münasibətləridir. Digər vaxtlarda günahkarlıq və çatışmazlıq hissləri, xüsusilə yaxşı valideyn olmadıqları hissi, sərhəd qoymamaq, dözümsüzlük və həssaslıq valideynlə uşağın əlaqəsinə mənfi təsir göstərir. Bu şərtlərdə etibarlı bağlanma çətindir.
Bipolyar pozuntusu olan hər kəs eyni deyil. Hər kəs bir fərddir. Hər təcrübə fərqlidir.
Bipolyar pozuntunun tipləri və fazaları:
Bu xəstəlik bir qütbdən digər bir qütbə periodik olaraq dəyişir. Yəni bu o deməkdir ki, bu xəstəlikdən əziyyət çəkən insanlarda ani şəkildə ruh yüksəkliyi yarana bilər, enerjili ola bilər. Bu maniakal (hipomaniakal) fazada olur. Birdən isə ruh düşkünlüyü yarana bilər və hər şeyə depressiv yanaşa bilirsən.
Bipolyar pozuntu iki tipə bölünür:
·         1-ci tip bipolyar pozuntu - maniakal faza + depressiv faza
·         2-ci tip bipolyar pozuntu - hipomaniakal faza + depressiv faza 
1-ci tip maniakal fazada (maniya) insan yüksək dərəcədə əhval ruhiyyədə olur. Və hər şeyin, hər işin öhdəsindən gələ biləcəyi düşüncəsində olur. Kiminləsə söhbətləşəndə fikirlərini sürətli şəkildə ağızdan çıxardır və hətta düşünülməmiş fikirlər demək olar buna. Belə hallarda da ətraf tərəfindən fikirlər qətiyyən anlaşılmır və sürətli şəkildə də fikir dəyişikliyi yaşanır. Həyat ritmi pozulur və bir iş tamamlanmamış daimi digər işlərə ordan da digərlərinə keçirilir. Hallüsinasiyalar  görməyə başlayır və reallıqla əlaqə itir. Yüksək ab-havada olduğu üçün öz xəstəliyini dərk etmmir. Və bu ciddi şəkildə ətrafda olan insanların da narazılığına səbəb olur və hərəkətlərin sürəti düşünülməmiş şəkildə artır. Bu hallar həkimə  müraciət olunmasına gətirib çıxardır.
Hipomaniakal (hipomaniya) fazada da yüksək əhval ruhiyədə olursan. Amma moniakal fazadan fərqli olaraq insan bu dövrü daha sakit keçirir və nəzarət mümkün qədər ələ alına bilir. Ətrafa zərərlə nəticələnmir. Reallıqla əlaqə itmir və hallüsinasiyalar görülmür. Ancaq bu dövr də depressiv vəziyyətlə nəticələnir.
Onu da qeyd etmək lazımdır ki, depressiv vəziyyət maniakal və ya hipomaniakal fazaya nisbətdə daha uzun müddət də olur.
Depressiv vəziyyət
Bu fazada insan hər şeyə daha bədbin daha ümidsiz baxır hərşeyə. Davamlı travma halında olur və düşkün ruh halı hökm sürür.
Depressiv faza üçün göstərilən əlamətlər:
·         Əhval-ruhiyyənin enməsi.
·         İnsan heçnəyə maraq göstərmir, əvvəllər müsbət emosiyalar doğuran şeylər ona zövq vermir.
·         İş qabiliyyəti enir, tez yorulur.
·         Fikir dağınıqlığı.
·         Özünə qarşı inamsızlıq.
·         Gələcəyi haqqında ümidin olmaması.
·         Ölüm haqqında tez-tez düşünməsi və intihar fikriylə yaşaması.
·         Yuxu və iştaha pozuqluğu.
Depressiv vəziyyət zamanı digər əlamətlər də özünü göstərə bilər. Bu əlamətlər eyni anda hamısı özünü göstərməyə də bilər. Bipolyar pozuntu müxtəlif xəstəliklərdir və buna görə də xəstəliyin növünə görə müalicəsi də müxtəlif olur. Ona görə də həkimə müraciət edərkən keçirdiyiniz hal-vəziyyəti dəqiq şəkildə bildirmək, hansı hal özünü daha çox hansı vəziyyətdə göstərdiyini dəqiq şəkildə demək lazımdır ki, diaqnoz düzgün qoyulsun və müalicə də düzgün və dəqiq olsun. Bunu müxtəlif testlərdən keçərək də hansı dərəcədə sizdə var olduğunu müəyyən etmək mümkündür.
Bipolyar pozuntu zamanı dərman müalicəsi vacib olsa belə psixoterapiya mütləqdir. Psixoterapiya kliyentin psixologiyasının nəzarətdə saxlanılmasında xüsusi rol oynayır.
Unutmamaq lazımdır ki, bu xəstəlik yenidən qayıda bilər və xəstənin vəziyyətini stabil saxlamaq üçün aşağıdakı qaydalara riayət olunmalıdır.
·         Yuxu rejiminin pozulmaması. (Hər gün eyni vaxtda oyanıb eyni vaxtda yatmaq.)
·         Həddən artıq yorulmadan özünü qorumaq və mümkünsə ciddi iş rejimi tələb edən iş yerlərindən uzaq durmaq.
·         Qaydalı və mütamadi şəkildə istirahətini təmin etmək.
·         Spirtli içkini azaltmaq və mümkünsə tamamilə tərgitmək.
·         Münaqişələrdən qaçmaq və stresdən uzaq durmaq.

Həkim və ya psixoterapevtə nə açıqlamalı?
 Hər zaman doğrunu söyləyin. Nə qədər əhəmiyyətsiz görünsə də, xəstəliyiniz haqqında məlumat gizləməyiniz, diaqnoz qoyulmasını ləngidir və uyğun müalicə almağınız üçün lazım olan müddətin uzanmasına yol açır. Həkim yaxud psixoterapevtə bir ailə üzvü və ya yoldaşınızla birlikdə getməyə diqqət edin. Onlar sizin davranış və emosional vəziyyətinizlə bağlı fərqli fikirlər söyləyə bilərlər. Maniakal və depressiv, hər cür əlamətinizi həkiminizə tamamilə açıqlayın. Mümkünsə bu əlamətləri nə vaxt və nə qədər müddət ərzində yaşadığınızı yazaraq təsvir edin. Ailənizin hər hansı bir üzvündə bipolyar pozuntu hekayəsi, ya da ruhi sağlamlıqla bağlı hər nə problem varsa bu vəziyyəti bölüşün.
“Gözlərini yum və düşün, içindəki səni canlı saxlayan hiss nədir? Yaşadığımız müddətdə qurduğumuz əlaqələr əsasən boşluq doldurmaq kimi başlayar, bir-birimizin həyatında boşluqları izləyərik. Əslində boşluq təcrübəmizin içində olan hər şey və heç bir şey olma halı hamımız üçün tanışdır. Heç bir şey olmadığımı görəndə bu, hikmətdir. Hər şey olduğumu görəndə bu, sevgidir. Həyatım bu ikisi arasındadır” deyib Maharac

суббота, 8 апреля 2017 г.

Narsistik şəxsiyyət pozuntusu

Narsistik şəxsiyyət pozuntusu olan insanlar, başqasının fikirlərinə və istəklərinə biganə qalan insanlardır. Özünü bəyənmiş, başqalarının yaşatdıqlarına və yaşadıqlarına laqeyd qalan, davamlı olaraq özünü ön plana çıxarmaq istəyən adamlar narsist adlandırılır. Bu insanlar özlərini başqalarının yerinə qoymaz, başqalarını anlamazlar.


Narsistik şəxsiyyət pozuntusunu tanıma xüsusiyyətləri nədir?
İnsanlarda olan narsistik xüsusiyyətlər, bədii, dramatik, dramatik və ya atletik uğurlar şəklində təsvir oluna bilər. Bu insanlar özləri ilə məşğul kimi görünsələr belə, özlərini dəyərsiz, səthi və alçaq dərəcədə hiss etmə meyli içindədir. Başqalarının tənqidlərinə dözməzlər. Qarşısındakıları öz istəkləri və məqsədləri üçün istifadə etməyi sevirlər. Güc və sevgidə acgöz, özlərini bənzərsiz biri olaraq görmə xüsusiyyətləri vardır. Heç kəslə empatiya yarada blməzlər. Qarşısındakılardan razılıq və qayğı gözləyirlər. Gözləntiləri ödənmədikdə mənlik hörmətləri sarsılır, inciklik və çökntü hissi yaşayırlar. Onlara qayğı göstərməyən, hörmət etməyən hər kəsi alçaldırlar. Xəyallarını şişirtməyə, özlərini haqlı çıxarmağa, başqalarını aldatmağa çalışırlar. Ümidsizliyə qapılmadan, bütün həqiqətləri azdırırlar. Başqalarını qısqanar, özlərini bəyənirlər. Bu şəxsiyyət pozğunluğu, ictimaiyyətə qarşı, Borderline və histrionik şəxsiyyət pozuntuları ilə birlikdə görüldüyündən, diaqnozu olduqca çətindir. Bu insanlar yaşları irəlilədikcə, gözəllikləri və gücləri çox çətin şəkildə qəbul edirlər. Onlara yönələn tənqidləri dəyərsiz görürlər. İnsanlaran istifadə etməyi sevirlər.

Narsistik şəxsiyyət pozuntusunun yaranma səbəbləri:
Bu pozuntuya malik olan şəxslər, erkən uşaqlıq dövrlərində şəxsiyyət bütövlüyünün təmin olunması və qorunması üçün, ətrafdan təsirlərə ehtiyac duyur. Ana və atadan yetərli emosional istiliyi görməmiş uşaqlarda hisslərin inkişafı səthi olur. Anaya özünü hiss etdirməyən uşaq, ana obrazından məhrum qalar. Ana və atanın uşağın xüsusiyyətlərini daim yüksəltməsi, öz mənlik duyğusunun davamlı olaraq qidalanmasına səbəb olur. Bunun narsistik pozuntunun ortaya çıxmasında mühüm töhfəsi var. Uşaqlıq dövründəki travmalar da inkişafa təkan verən  səbəblərdəndir.

Narsistik şəxsiyyət pozuntusunun müalicəsi necə aparılır?
Bu pozuntu xronikiləşmə meyli göstərdiyi üçün, müalicə olduqca çətin olur. Müalicədə məqsəd mənlik hörmətinin qorunması şəklində olur. Müalicə zamanı həqiqi mahiyyətə toxunulmadan, süni mənlik üzərində işləmək nəticəsiz qalacaq. Terapevtlər həqiqət və süni mənlik ilə birlikdə çalışmalıdır

Ətrafınızda narsistik şəxsiyyət pozuntulu birisinin olub olmadığını anlamaq üçün bir neçə əlamət:
1. Bir söhbət əsnasında sizi dinləyir kimi görünsə də, əslində dinləməmişdir, sözü gedən mövzudan sual verdikdə "ha", "nə" kimi cavabla qarşılaşırsınız. Ona özünzüzü dinlədəcək qədər mükəmməl olduğunuzu bilirdiniz? Yanılırsınız.
2. Ehtiyacı olana ehtiyacı olan şeyi verir, amma öz istəklərini yerinə yetirməniz üçün sizi kölə etmək qarşılığında. Bir müddət sonra elə biləcəksiniz ki sizin haqqınızdakı ən gözəl qərarı o verə bilir....
3. Özündən başqa hər kəsin qüsuru vardır.
4. Qaydalar? Narsistin yalnız öz qaydaları vardır və bütün kölələr bu qaydalara əməl etməlidir.
5. Utanclıq və peşmanlıq hissləri onların lüğətində yoxdur. Bir şey edibsə onun səbəbi vardır.
6. Cəsarətinizi sınayıb bir narsisti ələ salmağı bacarsanız və hələ sağsızsa nə xoşbəxtsiz... bir daha sınamayın
7. Məsuliyyət hiss etmədən hər zaman eqolarının ardınca qaçarlar. Onsuz da problem çıxsa günahkar ya sizsiniz, ya da başqası
8. Ağıllı, yaraşıqlı, güclü, gözəl və s. bunlar bəs deyil. Bu sözlərin əvvəlində "ən" deməlisiniz
9. O dünyanın mərkəzidir və siz hələ bunu görmürsünüzsə, demək ki, axmağın birisiniz
10. Çox tez əsəbləşir və dağıdıcı olabilirlər
11. Ona əsla və əsla "yox" deyə bilməzsiz. Narsistə görə kölənin vəzifəsi o nə deyirsə "hə" yaxud "bəli" deməkdir.
12. Başqalarını qısqanar və başqalarının da onu qısqandığını düşünər


вторник, 14 февраля 2017 г.

Niyə yanlış insana aşiq oluruq ?

Dünyanın ən gözəl, ən qəribə, ən yabanı və eyni zamanda ən vəhşi duyğusunu yəni eşqi, bu dəfə də qeyri-adi suallarla həll etməyə hazırsınızmı?
 Niyə hər zaman səhv insanlara aşiq oluruq?
 Yanlış insanlara aşiq oluruq, çünki beynimizin içində "doğru insan" deyə bir anlayış var. Zehnimizdə müəyyən ölçülərdən, daha doğrusu, qəliblərdən meydana gələn bir sxem yaradırıq. Dayanmadan həyatımızın insanını axtarırıq və onu tapmaq məsələsində olduqca səbrsiz davranırıq. Bundan başqa, qəbul edin ki, eşq söz mövzusu olduğunda qadağaların və maneələrin ayrı bir cazibədarlığı olur. İmkansızlıq eşqə tamamilə başqa bir ləzzət qatır. Biz də əslində içdən içə bu imkansızlığı yaşamaqdan xoş olur, bunun içimizdəki ehtirası artırmasına göz yumur, bir yandan da bir cür nizamlı və uzun bir əlaqə qurmağın acısını çəkirik.
  Eşq, hər zaman fədakarlıq deməkmi?
 Əlbəttə ki, yox. Bir tərəfin digəri üçün özünü heçə sayması məhəbbət deyil. Məhəbbət - iki nəfərlik bir eqoizm və əslində insanın tamamilə öz saçılan işığında özünü qane etmək, ruhunu yedirtmək, qəlb çiçəyinin suyunu vermək üçün yaşamağa ehtiyac duyduğu bir prosesdir. Amma bu eqoizmi mənfi mənada ələ almamaq lazımdır. Bir-birinə aşiq olan iki insanın münasibətləri, bir baxımdan dünyanın geri qalanına bağlıdır. Onların özlərinə məxsus dilləri, bir ünsiyyət formaları, bəzən ətraflarındakı heç kimin, ən yaxınlarının belə girmədiyi bir dünyaları var. Məhəbbətin eqoist tərəfi adi eqoizmdən çox, çanağına çəkilməkdən və məxfilikdən irəli gəlir. Ancaq bir tərəfin özünü parçalayıb - dağıtması və digərinin bundan faydalanması çox deyil, tək istiqamətli bir asılılığın işarədir.
 Məhəbbət filmlərinin həyatımızdakı əhəmiyyəti nədir?
 Xüsusilə qadınların zəifliyi sayıla biləcək bu filmlər, məhəbbəti daha yaxşı qavramaq üçün göz açmağı təmin edir. Onların içindəki sıx duyğuya qarşı olan inamı artırır. Qadınlar məhəbbət filmləri ilə çox maraqlanır, çünki onları bəzən ümidsizliyə, xülyalara, həyəcanlara, qorxulara, əzab çəkməyə və məğlubiyyətə sürükləyən bu hissin bir mənası olduğunu təkrar-təkrar görmək lazımdır. Bəyaz pərdədə bu hiss hər zaman daha sadə görünür və bu sadəlik onları düşdükləri çıxılmaz vəziyyətlərdən bir az olsun çıxarır.
 Əlaqənin xüsusilə təhlükəyə girdiyi zamanlar varmı?
 Münasibətə üçüncü bir adamın girməsi (bunun mütləq başqa bir qadın və ya kişi olması lazım deyil )- bu məhəbbəti ən çox təhlükəyə salan haldır. Bunun ən gözəl nümunəsi uşaq sahibi olmaq. Məhəbbətin var olmasına kömək edən o azadlıq hissi bir anda bitər və cütlüyün üzərində artıq bir ailə olmağın məsuliyyətləri yıxılar. Əgər bir-birinə aşiq olan iki insan münasibətləri müddətində çətin vəziyyətlərlə başa çıxmağı öyrənməmişlərsə, özlərini bu məsələdə inkişaf etdirməmişlərsə bu yeni həyat tərzi onları bir-birini qırmağa itələyir və məhəbbətlərinin mübahisələr, gərginliklər, dağılmalar, sinir böhranları və üsyanlar arasında itib getməsinə səbəb olur.
 Aldatsa da sizi sevir mi?
 Kişilər üçün bəli. Bir kişi birlikdə olduğu qadını çox sevib yenə də aldada bilər, əksəriyyətlə də eyş-işrətdən qaynaqlanan səbəblərlə. Qadınlar aldatma hadisəsinə fərqli məqsədlərlə, planlı proqramlı girirlər. Əksəriyyəti də bunu birlikdə olduqları kişidən qisas almaq üçün edirlər. Qadının içində sədaqət hissinə yer olmayan bir eşq yaşaması, çox daha aşağı bir ehtimaldır. İnsan bir sevgini telefonunda bitirə bilərmi? Bitirməz, bitirsə də yaşadığı şeyin sevgi olmadığından əmin ola bilər. Əgər qadın bir insanı sevmiş və onunla bir dövr həyatı yaşamışsa, içindəki ehtiras fırtınası dinərkən belə o gözəl günlərin xatirinə ən azından gözlərinin içinə baxaraq və bir bəyanat verərək ayrılmağı ona borclu olduğunu hiss edir. Yəni qadın bir kişini mesajla başından qovursa, bilin ki, ona heç vaxt aşiq olmamışdır.
Məhəbbətin nə qədər yaxınlığa və uzaqlığa ehtiyacı var?
 Bir-birini tək bir baxışla dərk edəcək qədər yaxın və bir fərd olaraq var olmağa davam edə biləcək qədər uzaq. Aradakı sərhəd olduqca incədir və bir çox cüt bu sərhədi bağlamağı bacarmaz. Ya münasibətləri kifayət qədər dərin deyil, ya da tam əksinə, artıq birləşib tək bir varlıq halına gəlmiş, şəxsiyyətlərini itirmişlər. Halbuki, aradakı məsafənin düzgün təyin edilməsi vəziyyətində məhəbbətin ömrü daha uzun olur.
 Məhəbbətlə bağlı ən böyük səhvlər nələrdir?
 Qadınların çoxu kişini ovuclarının içinə alıb nəzarət edə biləcəklərini, istəkləri istiqamətində istiqamətləndirə və istədikləri zaman ata biləcəyini düşünür. Çox bəyənmə, xoşlanma və təsirlənmə kimi duyğuları dərhal məhəbbətlə qarışdırırlar. Qadınların ən böyük səhvlərindən biri isə budur: Onlar həyatın bəzi dövrlərində qayğıya, diqqətə, isti bir toxunuşa o qədər böyük bir həsrət duyurlar ki, qarşılarına çıxan ilk kişiyə aşiq olduğunu sanırlar. Əslində onların içindəki hiss birini sevməkdən çox, sevgi adlanan hissi sevməkdir.
 "Mədəyə enən yumruğu" bioloji olaraq açıqlaması verilə bilərmi?
  Həm də asanlıqla. Aşiq olduqları müddətdə qadınların qanında feniletilamin yəni eşq hormonu vardır. Ancaq zaman içində bu hormonun səviyyəsi düşür, əlaqənin gələcək mərhələlərində məhəbbət, kimyəvi təsirini itirər və mədədə uçuşan kəpənəklər növbəti eşqə qədər tarixə qarışır. Ancaq əgər qadın bu ilk həyəcanın yerinə qarşılıqlı inam, mərhəmət, anlayış, hörmət və dostluqdan ibarət qarışıq qoya bilibsə, eşq sevgiyə çevrilir və bu sevgi bir ömür boyu sürə bilər.
 Nə üçün bəzilərimiz bir-birinin ardınca əlaqələr yaşayarkən bəzilərimiz aşiq olmaqda bu qədər çətinlik çəkirik?

 Bir insan aşiq olmaqda çətinlik çəkirsə bunun müxtəlif səbəbləri ola bilər. Ən klassik səbəb, insanın daha əvvəl yaşadığı münasibətlərdən qaynaqlanan inamsızlığı və qarşı cins haqqında mənfi fikirləridir. Bunun xaricində bir də məhəbbəti hər cəhətdən yaşaya bilməyənlərə, daha doğrusu, yaşamaqdan kef almağı bacarmayanlara rast gəlinir. Bunlara "eşqə qabiliyyəti olmayanlar" deyə bilərik. Nə özləri o sehrli siqnalları göndərə, nə də göndərilənləri ala bilərlər. Bir də məhəbbətin özü ilə bərabər gətirdiyi çətinliklərdən qaçan və şəxsi məxfiliyinin azalmasından qorxanlar var. Öz özlərinə bəs edən bu insanlar daha seçici davranırlar və düşdükləri hər hansı bir şəraitdə məhəbbət axtarışına düşmürlər. Yəni hadisəyə məntiq yönündən baxmağa üstünlük verirlər.

пятница, 10 февраля 2017 г.

Psixoloji terminlərin qısa lüğəti

- Adaptasiya – uyğunlaşma, orqanizmin yeni şəraitə vərdiş etməsi.
- Adekvat – həmin şərait üçün müvafiq, münasib olan
- Aksentuasiya — hər hansı bir xüsusiyyətin və ya əlamətinin digərlərinin fonunda seçilməsi, ayrıca, xüsusi olaraq inkişaf etməsidir
- Aktivlik – 1) orqanizmin və psixikanın xassəsi. Onun fiziki və psixi
olmaqla iki növü fərqləndirilir. 2) Şəxsiyyətin xüsusiyyəti. Şəxsiyyət fiziki
və psixi olmaqla yanaşı sosial fəallığa da malikdir.
- Alturizm – öz şəxsi həyatı və maraqlarını unudaraq başqa adamlara
təmənnasız xidmətə yönəlmiş sosial yönəlişlik forması.
- Anamnez – xəstəliyin inkişaf tarixi.
- Antisipasisiya — İstifadə edilməli olan bütöv priyomlar silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu cür xəbər verilməsi
- Affekt – güclü, coşqun cərəyan edən gərgin emosional halət
- Affektiv davranış – dalaşqanlıq, tərslik, höcətlik, kobudluq və s. kimi
çətin davranış forması.
- Afferentasiya – xarici qıcıqlandırıcılardan eləcə də daxili orqanlardan qəbul olan və hissiyyat orqanlarından mərkəzi sinir sisteminə daxil olan daimi sinir impulse axını
- Aparıcı fəaliyyət – ontogenezin müəyyən mərhələsində psixi inkişafın
xarakterini müəyyən edən fəaliyyət növü.
- Apatiya — emosional laqeydlik, biganəlik və fəaliyyətsizlik vəziyyəti
- Aqressivlik – insanın başqalarına ziyan vurması ilə ifadə olunan
davranış və müənasibət tərzi.
- Aqqlyutinasiya — real həyatda biri-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması prosesi
- Aqqravasiya – şəxs tərəfindən həqiqətən mövcud olan xəstəliyin ağırlığının şişirdilməsi
- Aqnoziya – beynin normal funksiyalı reseptorlardan gələn informasiyanın anlaya bilməməsi nəticəsində yaranmış vəziyyət
- Ambivalentlik – ikili, polyar, ziddiyyətli fikir, hiss və davranışın
təzahürü. O, özünü eyni bir obyektə qeyr-müəyyən ikili münasibətdə
göstərir. Məsələn, eyni bir adama qarşı məhəbbət və nifrət.
- Astenik – fiziki və psixoloji cəhətdən zəif adam. Alman psixiatrı
E. Kreçmerin təliminə görə, asteniklər xüsusi bədən quruluşu ilə seçilir.
Onlar dar çiyinlərə, qalın skletə, zəif əzələlərə, düz döş qəfəsinə
malikdir. Şizod tipə və onlara məxsus davranış formalarına malik
olurlar.
- Assosiasiya — psixi anlayışların birləşməsi, əlaqələndirilməsidir
- Autizm – normal, məqsədyönlü məntiqi təfəkkürün pozulması.
- Afaziya – nitqin müxtəlif pozğunluqları.
- Afoniya – nitqin tam qorunduğu halda səsin itməsi
- Affiliasiya- insanın ətrafdakı adamlarla emosional yaxınlığa, onlara
xeyirxah dostluq və yoldaşlıq münasibətlərinin qurulmasına və qorunub
saxlanılmasına olan tələbatı.
Appersepsiya – qavrayışın keçmiş təcrübədən, insanın psixi
fəaliyyətinin məzmunundan və onun fərdi xüsusiyyətlərindən asılılığı.
- Bacarıq — qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasıdır
- Bərpaedici təxəyyül — Mövcud olmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman bilavasitə­ qavranılma­­mış obyektlərin təsvirə əsasən surətlərinin yaradıl­ması
- Biheviorizm — psixoloji araşdırmaların predmeti olaraq yalnız insan davranışı və onun xarici və daxili stimullardan asılılığının öyrənilən psixologiyanın bir sahəsidir. Bir sözlə davranış haqqında elmdir.
- Bumeranq affekti – sosial-psixoloji hadisə. İnsan onun sosial
ustanovkalarını, mühakinə və rəylərini dəyişdirilməsinə yönəldilmiş
informasiyanı qəbul edərkən və qiymətləndirərkən nəinki öz əvvəlki
mövqeyini dəyişir, əksinə həmin mövqe üstündə daha təkidlə israr edir.
Bu hal qəsdən göstərilən informasiya təzyiqi zamanı daha qabarıq
özünü göstərir.
- Deviant davranış – normadan kənar, hüquqa və əxlaqa zidd asosial
davranış.
- Depressiya – psixi və davranış fəallığının zəifləməsi ilə müşayət
olunan ruhi dalğınlıq, təlatüm vəziyyəti. Bu zaman insan özünü qarşıya
çıxan həyatı problemlərini həll etməkdə köməksiz və qabiliyyətsiz hiss
edir.
- Dəyişən afferentasiya – orqanizmin kəskin dəyişilmiş qeyri-adi həyat şəraitində spesifik reaksiyası
- Daxili nitq — fikrin sözlərə və əksinə tərcüməsi ilə olan prosesinin avtomatik həyata keçirildiyi və bilavasitə şüuraltı ilə əlaqəli olan insan fəaliyyətinin xüsusi növü
- Differensial psixologiya — psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur.
- Duyğu — obyektiv reallığın hissi inikası olub, hal — hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamət­­lərinin beynində inikasından ibarət olan sadə psixi proses.
- Eyforiya – heç bir obyektiv səbəb olmadan sevinmə, əhvalın səbəbsiz
olaraq hədsiz yüksəlməsi.
- Empatiya – başqa adamların psixi halətlərini başa düşməklə onların
dərdinə şərik olma qabiliyyəti.
- Ekstravertlik – bəzi adamların xarakteroloji xüsusiyyəti. Yüksək ünsiyyətlilikdə, ürəyiaçıqlılıqda, başqa adamlara maraqda və dərin özünütəhlilə meylli olmamaqda təzahür edir.
- Eqosentrik nitq – məktəbəqədər yaşlı uşağın oyununu müşayiət edən və onun özünə yönəldilmiş nitq fəaliyyəti. Xarici nitqdən daxili nitqə keçid mərhələsini təşkil edir
- Əhval- insanın ümumi fəallığını müəyyən edən aktual emosional
vəziyyətin ümumi fonu.
- Fenomen – insan şüurunun daxili psixoloji məzmununa aid olan fakt,
hadisə.
- Fəaliyyət - ətraf gerçəkliyə fəal yanaşma forması, insanın dərk
olunmuş məqsədi ilə tənzim olunan daxili və xarici fəallığı.
- Fəaliyyət məhsullarının təhlili – psixologiyanın metodlarından biri. O,
uşağın dəyərli fəaliyyət məhsulları olan şəkilləri, şeirləri, hekayələri,
applikasiya və quraşdırma nümunələrinin tədqiqini nəzərdə tutur.
- Frustrasiya və ya əngəllənmə hissi — İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal
- Genezis – mənşə, yaranma. Qanunauyğun inkişafın tarixi.
- Genetik psixologiya — psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənən elm sahəsi
- Görüş qrupları – qrup psixoterapiyası (psixokorreksiyanın) metodların-
dan biri. İnsanın davranış xarakterli problemlərinin öyrənilməsi və həll
edilməsi məqsədi ilə təşkil olunur.
- Hipnoz – hipnotik təlqin vasitəsilə insanda yaradılan xüsusi psixoloji
vəziyyət. Hipnoz insanın öz fikirləri, hissləri və davranışı üzərində
nəzarətin qismər itirməsi ilə səviyyələnir.
- Hüquq psixologiyası — insan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sistemi­nin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah-əmək psixologiyası və s. bölmələri vardır.
- Xarizmatik – təbiətin insanlara rəhbərlik etmək, lider olmaq
xüsusiyuyətləri ilə doğulmuş adam.
- Xarakter — Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmusu
- Xülya — Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda təcəssümü mümkün olmayan surətlər yaradılması
- Xarakterin aksentuasiyası – insanda xarakter əlamətlərindən hər
hansı birinin digərlərinə nəzərən hədsiz güclü inkişaf etməsi. Bu adətən
xəstəlik və qocalıq zamanı, həmçinin yaş böhranları dövründə özünü
daha qabarıq göstərir.
- İradə - insanın şüurlu və məqsədyönlü şəkildə öz davranışını tənzim
etməsi.
- İmitasiya – uşağın müəyyən davranış modelini (yaşlı, yaşıd, müəllim və
ya bədii film qəhrəmanı və s.) şüurlu şəkildə öz həyatına köçürməyə
can atması.
- İdentifikasiya - yad davranış modelini, ustanovka və dəyərləri
özününkü kimi mənimsəmək.
- İdentik- oxşar.
- İmperativ üslub – cəza və məcburetmə xarakterli avtoritar rəhbərlik
üslubu.
- İnfantilizm - inkişafın ləngiməsi, fiziki və psixi simada daha erkən yaş
dövrləri üçün səciyyəvi olan xüsusiyyətlərin olması.
- İntuisiya- insanın mürəkkəb həyat şəraitinə yaxşı uyğunlaşmasına
imkan verən ümumi əqli qabiliyyətlərin məcmuyu.
- İctimai rəy- indiki anda kimin və ya nəyinsə haqqında insanların böyük
əksəriyyətində formalaşmış fikir.
İddia səviyyəsi - bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi
və qarşıya qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə
müəyyən olunan xarakteristikası.
- İntrospeksiya – daxili psixoloji halət və proseslərin incə
özünümüşahidəsi prosesi.
- İlluziya — Hiss üzvlərimizə bilavasitə təsir edən cisimlərin olduğu kimi deyil, təhrif edilmiş şəkildə qavranılması
- İnstink — Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması
- İnterferensiya — əvvəl yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsi
- İstedad — qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi
- İxtiyari qavrayış — Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesi
- Kommunikator — ünsiyyət zamanı informasiyanı verən tərəf
- Kommunikativ bacarıq və vərdişlər – insanın başqaları ilə
ünsiyyətində təzahür edən bacarıq və vərdişlərin toplusu. O, özünü
ünsüyyət zamanı verbal və qeyri-verbal vasitələrdən istifadə etməklə
qarşılıqlı anlaşma məqsədilə insanlara təsir göstərməyi əks etdirir.
- Kompetentlik – bu və ya digər fəaliyyət sahəsində insanın yaralılığını,
səriştəliliyini, problemləri həll etmək qabiliyyətini əks etdirən
xarakteristikası.
- Komplekslər- insanın özündən və ətrafdakı adamlardan gizlətməyə
çalışdığı və ona ağır təsir göstərən qüsur və çatışmazlıqlar. Onlar
xarakterin anomal əlaməti hesab edilir.
- Konflikt- bir-birinə əks, zidd olan baxışların, maraq və nəzərlərin,
davranış formalarının toqquşması. O, özünü insanın özü ilə və
başqaları ilə daxili münaqişələrində əks etdirir.
- Konformizm- insanlar tərəfindən yad rəylərin qeyri-tənqidi şəkildə
qəbul edilməsi. Bu, insanların başqalarından qorxusu və ya fayda əldə
etmək, ziddiyyətdən qaçmaq istəkləri ilə bağlı yaranır.
- Konfrantasiya- cəbhələşmə, iki və daha çox rəyin, maraq və mövqenin
toqquşması. Bu, adətən konfliktli vəziyyətə səbəb olur.
- Qospitalizm – qapalı uşaq tərbiyə müəssisələrində yaşlılarla ünsiyyət
çatışmazlığı nəticəsində yaranan və uşağın kəskin şəkildə inkişafdan
qalmasına səbəb olan hadisə.
- Qeyri- adekvatlıq affekti – mənfi emosional təəssüratların güclü və
davamlı kompleksi. İnsan öz qüsurlarını dərk edərək həyati vacib
məqsədlərinə çatmaqda çətinlik çəkir.
Qrup – insanların onlar üçün ümumi olan hər hansı sosial-demoqrafik
və ya psixoloji əlamətlər əsasında birliyini ifadə edən anlayış.
- Libido- insanın şüuraltı səviyyədə və seksual planda xüsusi həyat
enerjisini ifadə edən psixoanalitik termin. Z.Freydə görə, libido
insanların psixologiyası və davranışını idarə edir.
- Lider- sosial qrupun digər üzvləri tərəfindən səlahiyyətləri könüllü qəbul
edilən nüfuzlu şəxs.
- Maqiya- sehirbazlıq, guya insana və dünyaya təbiətüstü qüvvələrlə
əlaqə yolu və xüsusi hərəkətlərə təsir etmək.
- Mazoxizm- özünügünahlandırma, özünücəzalandırma.
- Mnemotexnika- insanın öz yaddaşını, xüsusilə materialı yaddasaxlama
qabiliyyətini yaxşılaşdırmaq üçün istifadə etdiyi priyom və vasitələri
sistemi.
- Moda- İndiki anda insanların üstün qiymətləndiridyi zövqlərin (məsələn,
paltar, incəsənət, davrannış tərzi, maddi əşyalar və s.) sistemi.
- “Mən” obrazı- insanın özünün özü haqqında təsəvvürləri. ―Mən‖ obrazı
insana özünə kənardan baxmaq, hansı keyfiyyətlərə malik olduğunu
dərk etmək imkanı verir.
- Motiv - bu və ya digər tələbatın təmin olunması ilə bağlı olan,
fəaliyyətə təhrik edən amil.
- Məqsəd — insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsi
- Məna səddi – insanlar arasında münasibətlər zamanı ünsiyyətdə
istifadə olunan sözlərin mənasının düzgün anlamama, onlara müxtəlif
məna vermə.
- Nevrastaniya - İnsanın sinir sisteminin funksional xəstəliyi. O, insanın
tez yorulması, əsəbi olması ilə yanaşı, fiziki və əqli baxımdan
uzunmüddətli gərgin işə dözümsüzlüyündə ifadə olunur.
- Nevrozlar- psixi dalğınlığın funksional forması. O, əlverişsiz həyat
şəraitində özünü göstərir. Bu zaman insan özünün xəstəliyinə qarşı düşüncəli və tənqidi münasibətini itirmir, öz davranışını şüurlu idarə etməyi bacarır.
- Nitq — insanlar arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesi
- Nonkonformizm — Fərdin nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması
- Oliqofreniya- əqli qabiliyyətlərin zəif inkişaf səviyyəsi, kəmağıllıq. O,
anadangəlmə və qazanılma xarakterli xəstəliklər sırasına daxildir.
Adətən erkən uşaqlıq (1-3 yaş) dövründə beyinin üzvi zədələnməsi
nəticəsində meydana gəlir.
- Oreal effekti- insan haqqında ümumi təssüratların davranış və
psixologiyası haqqında qiymətin onun qavrayışına təsirinin nəticəsi.
Əgər insan haqqında ümumi təəssüratlar müsbətdirsə, onda onun
müsbət psixoloji keyfiyyətləri oreal effektinin təsiri altında müsbət
qiymətləndirilir, mənfilər hesaba alınmır. Mənfi ümumi təəssüratlar
zamanı isə bunun əksi baş verir.
- Ortodoksial- insanların böyük əksəriyyəti üçün populyar olmayan hər
hansı nöqteyi-nəzərin üstündə təkidlə durmaq. Belə adam öz fikrindən
əl çəkmir və kompromissə getmir.
- Psixoloji iqlim- qrupda formalaşmış insan münasibətlərinin ümumi
sistemi
- Pantomimika- insanın başqaları ilə ünsiyyət zamanı istifadə etdiyi
ifadəli bədən hərəkətlərinin sistemi.
- Parapsixologiya- insanların psixologiyası haqqında elmi əsasları
olmayan bilik və təsəvvürlər sahəsi. (Məsələn, telepatiya, telekinez,
ekstrasensor qavrayış və s.)
- Pedantizm-artıq formalizm, hər şeydə-norma və qaydalara əməl
edilməsində hədsiz xırdaçılıq.
- Polemika- insanlar arasında kəskin diskusiya və mübahisə, hər hansı
məsələ və ya problemin yüksək emosional səviyyədə müzakirəsi.
- Praktik psixoloq- praktik psixoloji məsələlərin həlli ilə məşğul olan, ali
psixoloji təhsilli mütəxəssis. O, psixologiyanın tədrisi və elmi-psixoloji
tədqiqatlarla məşğul olmur.
Proyektiv metodlar –proyeksiya (köçürmə) mexanizmi əsasında
istifadə olunan psixodiaqnostik metodların sistemi.
- Psixiatriya- psixi xəstəliklərin qarşısının alınması və müalicəsi ilə
məşğul olan tibb elminin bölməsi.
- Psixi xəstəliklər- insanın psixikasının və davranışının müxtəlif
formalarda pozulmasında təzahür edən xəstəliklər (məsələn, psixozlar,
nevrozlar, psixopatiyalar, əqli pozğunluqlar və s.)
- Psixodiaqnostika- xüsusi psixoloji bilik və metodların sahəsi. Onların
köməyi ilə insanların psixi prosesləri, xassə və vəziyyətləri ölçülür,
kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilir.
- Psixozlar- ciddi xroniki psixoloji xarakter daşımayan, öz təzahürlərinə
görə insan psixikasının müxtəlif pozğunluqları.
- Psixokorreksiya – xəstəlik xarakteri daşımayan, insanın psixikası və
davranışındakı müxtəlif qüsurların aradan qaldırılması ilə bağlı
psixoloqun peşəkar fəaliyyət sahələrindən biri.
- Psixolinqvistika — nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir.
- Psixoloji xidmət – insanlara operativ psixoloji kömək məqsədi ilə
xüsusi müəssisələrdə rəsmən yaradılmış sistem. Belə xidmət sahələri
müxtəlif sosial institut və təşkilatlarda, məsələn, tibbdə, təhsildə,
iqtisadiyyatda, siyasətdə, orduda, hüquq sistemində yaradılır.
- Psixoloji məsləhətvermə - praktik psixoloq tərəfindən insanlara
məsləhət və tövsiyyələr formasında göstərilən yardım formalarından
biri.
- Psixoloji təhsil – psixoloqların ali məktəblərdə aldığı xüsusi peşə
hazırlığı.
- Psixomotorika – insanda psixi hadisə və hərəkətlərin qarşılıqlı əlaqəsi
və təsiri.
- Psixopatiya – insanın xarakterində ifadəli dəyişikliklə nəzərə çarpan
normal psixi fəaliyyətin pozulması. Məsələn, yüksək sinir-psixi oyanıqlıq, özündən şübhələnmək, qətiyyətsizlik, fanatizm, aqressiv
reyaksiyalara meyillilik, isteriklik və s.
- Psixoterapiya – müxtəlif xəstəliklərin psixoloji vasitələrlə müalicəsini
həyata keçirən tibbin sahəsi.
- Psixotrop vasitələr – insanın psixi proseslərinə, vəziyyət və
xüsusiyyətlərinə əhəmiyyətli təsir göstərən müxtəlif biokimyəvi vasitələr.
Tibbdə bu vasitələrdən müxtəlif psixi xəstəliklərin müalicəsi məqsədi ilə
istifadə olunur.
- Psi (  ) - yunan əlifbasının hərfi. O, psixologiyanın emblemi kimi
qəbul edilmişdir.
- Psixoloji diaqnoz- diaqnostik müayinənin nəticəsi və onun əsasında
tərtib edilən rəy. Bu rəy əsasında sınanılan şəxsin fərdi-psixoloji
xüsusiyyətləri aşkara çıxarılır. Psixoloji məsləhət və ya korreksiyaedici
və inkişafetdirici proqramların tərtibində həmin rəydən istifadə edilir.
- Rol-cins davranışı- müəyyən cinsə mənsub olan insan üçün səciyyəvi
olan sosial cəhətdən qəbul edilən davranış forması.
- Reanimasiya – orqanizmin əsas həyati funksiyalarının bərpa edilməsi
(canlanma, ruhun ―qayıtması‖).
- Reytinq – nüfuzun kəmiyyət göstəricisi. Hər hansı adamın digərləri ilə
müqayisədə məşhurluğu.
- Renutasiya – hər hansı konkret adam haqqında onun ətrafındakılarının
rəyi. Renutasiya müsbət və mənfi ola bilər.
- Retrospektsiya – fikrən keçmişə qayıtma, artıq keçmişdə baş vermiş
hadisələrin təhlili.
- Refleksiya –insanın şəxsi təcrübəsi, xüsusilə, öz psixoloji xüsusiyyətləri
haqqında düşüncələri.
- Referent qrup – insanların sosial birliyi. Referent qrup üzvü olan şəxs
öz ideallarını, əqidəsini, sərvət meyllərini, ustanovka və davranış normalarını qrup normasına uyğunlaşdırır, onun rəyini və qiymətini
qəbul edir, ona layiq olmağa can atır.
- Resipient — ünsiyyət zamanı informasiyanı qəbul edən tərəf
- Sindrom –eyni mənbədən qidalanan simptomların, əlamətlərin
məcmuyu.
- Skeptik – hər şeydən şübhələnən, demək olar ki, hər şeyə inamsız,
tənqidi münasibət bəsləyən adam.
- Sosial stereotip – insanın sosial yönəlişliyinin davamlı sistemi. O,
həmin cəmiyyətdə yaşayan insanların əksəriyyətinin bu cəmiyyətə və ya
qrupa münasibətini əks etdirir.
- Stereotip – şablon, trafaret.
- Senzitivlik – həssaslıq
- Senzitiv dövrlər - ətraf gerçəkliyin müəyyən təsirlərinə qarşı
həssaslıqla müşayət olunan ontogenetik yaş dövrləri.
- Sensor inkişaf - qavrayışın inkişafı.
- Sensibilizasiya — Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artması
- Sinkretizm – erkən və məktəbəqədər yaşlı uşaqların qavrayış və
təfəkkürünün xüsusiyyəti. Obyektlərin bitişik qavranılması.
- Sosial psixologiya — birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin mü­nasibətlər sisteminin bütün­lüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir.
- Sosiallaşma – fərdin sosial təcrübəni fəal şəkildə mənimsəməsi
prosesi.
- Sosiometriya – qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlaşdırılmış metodik üsulların məcmuyu.
- Stimul – təhrikedici amil.
- Şüur - dil mənaları sistemində obyektiv gerçəkliyin psixi inikasının yüksək, yalnız insana xas olan forması.
- Şüuraltı və ya təhtəlşüur – aktual şəkildə dərkedilməyən, lakin davranışa və şüurun məzmununa nəzərə çarpacaq dərəcədə təsir göstərməyə qabil olan psixi proses və halətlərin məcmuyu
- Təqlid- başqa adamların etdiklərini şüurlu və ya şüursuz olaraq
yamsılama, təkrarlama. O, xüsusilə uşaqlıq dövründə öyrənmənin,
həyat təcrübəsi əldə etmənin əsas üsullarından biridir.
- Telepatiya –fiziki enerji növlərinin köməkyi ilə insanın fikir və hisslərinin,
informasiyanın ötürülməsi.
- Tətbiqi psixologiya – praktik psixoloji biliklərin tətbiqi ilə həll edilən
məsələ və problemlərlə bağlı psixologiyanın bir çox sahələrinin ümumi
adı.
- Taksonomiya- təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatı.
Temperament – insanın dinamik xüsusiyyətləri, psixi proses və
vəziyyətləri, habelə xarici davranış formaları ilə ifadə olunan, onun
fərdiyyətinin ümumi psixoloji xüsusiyyətlərindən biri.
- Test – standartlaşdırılmış psixodiaqnostik metodika. Onun vasitəsilə
insanın bu və ya digər psixoloji xüsusiyyəti kəmiyyət və keyfiyyətcə
ölçülərək qiymətləndirilir. Psixologiyada bir neçə min test növü vardır.
- Tibb psixologiyası — həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. bölmələrini daxil edir
- Treninq – nəyinsə öyrədilməsinə xidmət edən xüsusi məşq. İnsanda
faydalı bacarıq, vərdiş və adətlərin formalaşdırılması üçün tətbiqi
psixologiyada müxtəlif treninqlərdən istifadə olunur.
- Təlqin- təsirə əhəmiyyət vermədən, dərk etmədən onun təsiri altına
düşmə.
- Təxəyyül - əvvəllər birbaşa qavranılmamış tamamilə yeni obrazların
yaradılması ilə müşayət olunan psixi proses.
- Tərbiyə - tərbiyə olunanda müəyyən davranış formalarının,
dünyagörüşünün, xarakter və qabiliyyətlərinin, hisslərin
formalaşdırılmasına yönəldilmiş məqsədyönlü və sistematik təsir
prosesi.
- Təbii imkanlar – orqanizmin anadangəlmə anatomik-fizioloji
xüsusiyyətləri, məsələn, sinir sistemi tipi, reseptorların quruluşu və s.
Təbii imkanlar qabiliyyətlərin formalaşması və inkişafının təbii şərti kimi
özünü göstərir.
- Ünsiyyət- İnsanlar arasında informasiya mübadiləsini, onların psixoloji
və davranış baxımından bir-birinə qarşılıqlı təsirini əks etdirən proses.
- Ümumi psixologiya — fundamental psixoloji bilikləri özündə cəmləşdirən elm sahəsi
- Verbal – sözlü
- Verbal aqressiya – mənfi hisslərin sözlü formada ifadəsi.
- Verbal hafizə - hafizənin növü olub, nitqli informasiyanın yaddasaxlanması, hifz edilməsi və yadasalınması xüsusiyyətlərini şərtləndirir.
- Vərdiş – işin dəfələrlə invariant (dəyişilmədən) təkrarı nəticəsində qismən avtomatlaşan, asanlıqla, sürətlə və dəqiq həyata keçirilən icra üsulu.
- Yalan detektoru – müəyyən texniki qurğular vasitəsilə tətbiq edilən
xüsusi psixoloji test. Onun vasitəsilə insanın doğru və yalan danışdığını
müəyyən etmək olur.
- Yaş psixologiyası — insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiy­yətin psi­­­xi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənən elm sahəsi
- Yeni pedaqoji təfəkkür – təhsilin pedaqoji və psixoloji dəyərlərə
əsaslanan mentaliteti. Humanistləşdirmə, demokratikləşdirmə, humanitarlaşdırma, fərdiləşdirmə və inteqrasiya yeni pedaqoji
təfəkkürün əsas prinsipləridir.
- Yönəliş – insanın onu əhatə edən gerçəkliyin obyekt və hadisələrinə münasibətdə müəyyən tərzdə qavrama, qiymətləndirmə və hərəkət etməyə hazırlığının daxili haləti
- Zeyqarnik effekti - mənşəcə alman olan rus psixoloqu Bulyuma
Vulfovna Zeyqarnik tərəfindən kəşf edilmiş, hafizə prosesinə aid
hadisə. Zeyqarnikə görə, tamamlanmamış tapşırıqlar tamamlanmış
tapşırıqlara nəzərən iki dəfə yaxşı yadda qalır. Lakin bu hadisə bir sıra
amillərdən – sınanılan şəxsin yaşından, tamamlanmış və tamamlan-
mamış tapşırıqlara münasibətindən, hər bir tapşırığın həllinə sərf
olunan vaxtdan, onların nisbi çətinlik səviyyəsindən və s. asılıdır. Lakin
bu hadisə heç də həmişə müşahidə olunmur.



Mənbə: "Psixologiya" S.İ.Seyidov və M.Ə.Həmzəyev
             "Təhsil sistemində psixoloji xidmətin elmi-nəzəri əsasları"
              "Психология"(Книга 1) Р.С.Немов